4 Aprel 2020

Azərbaycanda ilk və yeganə maral ferması - VİDEO

17 Yanvar 2020
67
azerbaycanda-ilk-ve-yegane-maral-fermasi-video

Şəmkirin dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən Çənlibel kəndinə turist axını əsasən yay aylarında qeydə alınsa da, son illər qış aylarında da gələnlərin sayı artmaqdadır. Buna səbəb isə kənd ərazisinə 4 il bundan qabaq gətirilən Altay marallarıdır. Bu heyvanların qorunduğu ərazi “Maral bağı” adlandırılır. Altay maralları kənd ərazisində 50 hektarlıq sahədə bəslənir. Əvvəlcə 60 baş olsa da, indi sayları artıb. Ötən dörd ildə yerli iqlimə tam uyğunlaşıblar. Həmçinin əvvəllər insanlar bu maralları yaxından görə bilmirdilərsə, indi onları asanlıqla yemləmək də olur. Marallara qulluq edən Elbrus Əliyev bildirir ki, bu heyvanlara gün ərzində arpa, buğda verilir: “Marallar turistlər tərəfindən də bəslənilir. Yəni, onlar özləri ilə gətirdikləri müəyyən qidaları bu heyvanlara verərək onları yedizdirirlər”.
“Aqrobiznes” 

CV YARAT