31 May 2020

Hidropon sistemi - otaq şəraitində yem bitkilərinin yetişdirmə texnologiyası - VİDEO

19 Yanvar 2020
172
hidropon-sistemi-otaq-seraitinde-yem-bitkilerinin-yetisdirme-texnologiyasi-video

Hazırda Avropa ölkələrində torpaqsız əkinçilik və ya torpaqdan istifadə etmədən suda olan mineral qida həllərini istifadə edərək bitki yetişdirmənin bir üsulu olan hidroponikadan geniş istifadə olunur. Hidropon yaşıl yem 7-8 gün ərzində vegetasiya müddətini başa çatdırmış cücərdilmiş müxtəlif dənlərdən hazırlanır. Hidropon yem istehsalında cücərmə qabiliyyəti yüksək olan dənlərdən istifadə edilməlidir. Hidropon üsulu ilə hazırlanan yaşıl yem ev heyvanlarının həzm sistemini yaxşılaşdırır, diri çəkini və süd məhsuldarlığını artırır. Heyvanların rasionuna yaşıl yemi tətbiq etdikdə dölvermə qabiliyyəti 11 faiz artır, tibbi dərman xərcləri 15 faiz azalır, südün, ətin və yumurtanın keyfiyyəti yaxşılaşır. Cücərmiş arpada A vitamini yerkökünə nisbətən 23 dəfə, B vitamini kahıya nisbətən 22 dəfə, C vitamini isə sitrus bitkilərinə nisbətən 14 dəfə çoxdur. Məhsulun suvarılması və yığılması asan başa gəlir. Fermer təsərrüfatında yem istehsalına çəkilən xərclər azalır.

CV YARAT