4 Aprel 2020

"Payız camışı qaçağan olar" - VİDEO

20 Yanvar 2020
98
payiz-camisi-qacagan-olar-video

Azərbaycanda camışların sayı sürətlə azalır, amma Yevlaxda bu heyvana maraq hələ də qalmaqdadır. İstiyə, xəstəliyə davamlı olan bu canlılar qidanı çox qəbul etsə də, südünün və qatığının yağlılığı ilə seçilir. Elə bunu nəzərə alan yevlaxlı fermer Qoyun Binəsi kəndində Hindistan cinsi  olan camışlar bəsləyir. Südlük istiqamətli heyvanlar yerli mühitə tam uyğunlaşıb. Rayonun iqlimi də camışçılığı inkişaf etdirməyə imkan verir. Camış üçün vacib olan su və qamış bol olduğundan heyvanların bəslənməsində çətinlik yaşanmır. Hazırda təsərrüfatda 260 baş camış var ki, onun da 150-si sağılır. Təsərrüfatda 43 nəfər işlə təmin edilib. Gələcəkdə süd emalı müəssisəsinin açılması planlaşdırılır.
“Aqrobiznes” 

CV YARAT