3 İyul 2020

Gübrələrin saxlanması,daşınması və istifadəsi zamanı qaydalar hansılardır?

26 Yanvar 2020
435
guebrelerin-saxlanmasidasinmasi-ve-istifadesi-zamani-qaydalar-hansilardir

“Pestisidlər  və  aqrokimyəvi  maddələr  haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə uyğunlaşdırılmış binalarda və anbarlarda mineral gübrələr saxlanılan zaman  aşağıdakı qaydalara əməl olunmalıdır:
- mineral gübrələrin müxtəlif növlərinin və formalarının qarışdırılmasına yol verilməməlidir;
- qablaşdırılmış formada olan gübrələr 12-15 yaruslu ştabellərdə qalaq vurulmalı, qalağın dayanıqlığının artırılması məqsədilə kisələr çarpaz şəkilində yığılmalıdır;
- qabsız gətirilən gübrələr tığlarda saxlanılmalı, tığların hündürlüyü 2,5-3,4 m, dənəvər superfosfatın, fosforit ununun və tomasşlaq qalağının hündürlüyü isə maksimum 5-6m olmalıdır;
- anbar binasının ətrafında su axıdan kanal qazılmalı və içərisi vaxtlı-vaxtında təmizlənməlidir;
- havalar quraq keçdikdə gübrə anbarlarının havası dəyişdirilməlidir;
- gübrə anbarları yaşayış və ictimai binalardan ən azı 200m məsafədə yerləşdirilməlidir;
- ammonium şoras (slitra) saxlanılan anbarlarda pəncərə, qapı və darvazadan başqa ağacdan düzəldilmiş digər əşyaların quraşdırılması qadağandır;
- mineral gübrələrlə bir anbarda yanar maddələr (neft məhsulları, saman və sairə ) saxlamaq qadağan olunur:
- kənd təsərrüfatı maşınlarının, avadanlıqlarının və ehtiyat hissələrinin mineral gübrələrlə bir anbarda saxlanılmasına icazə verilmir;
- ammonium şoras bitium kağız və polietilen kisələrdə olmaqla xüsusi ayaqlı altlıq üzərinə yığılmalıdır. Ştabellər arasında həmçinin şrabellərlə binanın divarı arasında 1m enində məsafə saxlanılmalıdır (gediş-gəliş  üçün) Bir ştabelə yığılmış gübrənin miqdarı 120 tondan çox olmamalıdır. Oksidləşdirici maddə olmaqla partlayış törədə bilan ammonium şoras saxlanılan anbarlarda siqaret çəkmək, açıq alovdan,qızdırıcı cihazıardan istifadə etmək olmaz;
- yanğın baş verdikdə alovu söndürmək məqsədilə yalnız sudan istifadə etmək lazımdır.Yanğını söndürən zaman əmələ gələn oksidləşmiş azot qazlarınından qorunmaq üçün əleyhqazdan istifadə etmək lazımdır;
- yükləmə və boşaltma zamanı itkinin qarşısını almaq üçün anbarın döşəməsi mütləq xassələri dəyişir.onlar nəmləşir və dənəvərliyi itir;
- anbarda, yaxud kənarda mineral gübrələrlə (ammonium nitratla) işlədikdə müvafiq təlimat qaydalarına uyğun olaraq bütün işçilər fərdi mühafizə vasitələri ilə ( kombinizon. rezin əlcək. raspirator. rezin və ya gön çəkmə. eynək ) təmin olunmalıdırlar;
- maye ammonyakla işləyən zaman təhlükəsizlik qaydalarına xüsusilə dəqiq əməl olunmalıdır. Maye ammonyakın daşınması və saxlanılması zamanı o, yalnız ağzı germetik bağlanan rezervatorlarda olmalıdır;
- gübrələr və əhəng materialı ilə işləməyə 18 yaşdan yuxarı şəxslərə icazə verilir.
“Aqrobiznes”

CV YARAT