25 Noyabr 2020

Keyfiyyətə nəzarət mütəxəssisi axtarılır

28 Yanvar 2020
383
keyfiyyete-nezaret-muetexessisi-axtarilir

2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Keyfiyyətə nəzarət mütəxəssisi
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
İşin Təsviri: Keyfiyyətə nəzarət, qida təhlükəsizliyinin təminatı proseslərinin həyata keçirilməsi.
Vəzifə öhdəlikləri:
- Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq;
- Gigiyenik, uyğunluq, fitosanitar sertifikat, idxal, baytarlıq icazələrinin alınması;
- Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
- Tədarükçü dəyərləndirilməsi üçün ezamiyyətlərdə iştirak etmək;
- Spesifikasiyaların hazırlanması;
- Sahələrdə risk analizinin aparılması;
- Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;
- Müqavilələrin yoxlanılması.
Tələblər:
- Qida mühəndisliyi üzrə biliklər;
- İş planlama və təşkil etmə bacarığı;
- Problem və konfliktləri həll etmə bacarığı;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;
- ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 22000:2018 sertifikatlarındakı tələblər üzrə lazımı vəzifələri yerinə yetirmək;
- MS Office proqramları biliyi;
- İngilis və Rus dili biliyi.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.
İş qrafiki: 5 günlük.
Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Keyfiyyətə nəzarət mütəxəssisi” yazıb CV göndərməklə müraciət edilir.
"Aqrobiznes" 


 

CV YARAT