3 İyul 2020

Qüdrət narı haqqında nə bilirsiniz? - VIDEO

29 Yanvar 2020
394
quedret-nari-haqqinda-ne-bilirsiniz-video

Qəbələli bağban öz həyətində Hindistan narı ( Qüdrət narı) yetişdirməyə nail olub. Rayonun Bum qəsəbəsi sakini Hakim Paşa illərdir bağçılıq və tingçiliklə məşğul olur. Vərdiş etdiyimiz ağaclardan başqa, bağban həyətində qeyri-adi meyvə əkməyə də çalışır.
Bir neçə il öncə Qəbələdə mürəbbə festivalı zamanı tanış olduğu hindistanlı turist ona hind narını göstərib. Bu meyvənin yetişdirilməsinin yüksək əziyyət tələb etdiyini deyən qonaq, qəbələli bağbana iki meyvə hədiyyə edib. Hakim Paşa isə illər sonra iki ağac yetişdirməyə müvəffəq olub, indi isə onların sayını artırmaq haqqında düşünür.
Birillik, sarmaşıq formasında bitki olan Qüdrət Narı, yay aylarında çiçək açır. Kənarları dişli yarpaqları yelpik şəklində, yumşaq olur. Sarı rəngli kiçik çiçəkləri, erkək və ya dişi olaraq, ayrı batırar üzərindədir. Meyvələri kal halda yaşıl, yetişəndə isə turuncu kırmızı rənkdə, 10-20 sm uzunluğunda üzərləri girintili çıxıntılıdır. Meyvə yetkinləşincə, qabığı 3 ayrı parça halında, geriyə bükülərək çox sayda, qırmızı-kahverengi və ya ağ rəngli nüvələri ortaya çıxar. Toxumları (nüvələri) 7–10 mm boyunda, yastıdır. Latıncada momordica dişləmək mənasını verər, yarpaqlarının sanki yeyilmiş kimi görünməsindən ötəri bu ad verilmişdir. Bitkinin bütün qisimləri və öz suyu çox acıdır.
Faydaları: 
- Həzm sistemi xəstəlikləri üçün ( xora, gastrit,hemoroid,kolit) çox təsirlidir;
- Açıq yaralarda , yanıq , egzama və sədəf kimi xəstəliklər üçün məlhəm olaraq istifadə edilir;
- Zeytunyağı ilə göbələkli egzamayı müalicə etmək üçün məlhəm olaraq istifadə edilməkdədir.
- Xoralı xəstələrin müalicəsində ballı qüdrət narı qarışıqları da istifadə edilər.
"Aqrobiznes" 

CV YARAT