31 May 2020

Yaponların yeni icadı: ağıllı traktor "X Traktor" - VİDEO

31 Yanvar 2020
156
yaponlarin-yeni-icadi-agilli-traktor-x-traktor-video

Yaponiyanın ağır avadanlıq istehsal edən "Kubota" şirkəti pilotsuz kənd təsərrüfatı texnikasının prototipini - "X Traktor" elektrik traktorunu nümayiş etdirib. Şirkət nümayəndələri bu ixtiranın fermerlərin işini xeyli asanlaşdıracağını düşünürlər. "Kubota" 2016-cı ildən Yaponiya femerlərinə dəstək üzrə hökümət proqramında iştirak edir. Proqramın mahiyyəti istefaya çıxan kənd təsərrüfatı işçilərinin iyirmi müxtəlif növ robotlarla tədricən əvəz edilməsindən ibarətdir. Proqramda həmçinin "Hitachi", "İseki" və "Yanmar" şirkətləri iştirak edirlər.
"X Traktor" sürücüsüz idarə olunur, peyk naviqasiya sistemi var, bir neçə video kamera ilə təchiz olunub. Traktor bitkilərin yetişməsini qiymətləndirməklə əkin və yığım vaxtını süni zəkası ilə müəyyən edir. 
"Aqrobiznes"

CV YARAT