4 Aprel 2020

Təmiz balı saxta baldan necə ayırd etmək olar?

1 Fevral 2020
262
temiz-bali-saxta-baldan-nece-ayird-etmek-olar

Təmiz balın saxta baldan necə ayırd olunması haqda da danışan müsahibimiz qeyd etdi ki, xalis bala quru lavaş qırıntısı əlavə edin, qətiyyən islanmaz, saxta balın suyu onu dərhal isladar, kibrit dənəsini balda saxlayın, yandısa, bal təmizdir,yanmadısa, saxtadı. Xalis bal boğazı yandırır. Tərkibində müxtəlif qarışıqlar olan bal acı olur və ağızı büzüşdürür. Təmiz bal isə ağızda yağ kimi yayılır və sözün əsl mənasında bal kimi şirin olur. Bundan əlavə, balın təmizliyini onun ətrindən də müəyyən etmək mümkündür. Saxta bal ilə təmiz balı fərqləndirməyin ən yaxşı yolu isə axşamdan 1 stəkan soyuq suya 1 çay qaşığı bal qarışdırıb gözləyirsən. Əgər səhərə kimi bal rəngini saxladısa, deməli, yaxşı baldır. Əgər şəffaflaşdısa, bu bal təmiz bal deyil. 
“Aqrobiznes”
 

CV YARAT