2 İyun 2020

Qurbağa ayağı və ilbiz kimi ekzotik məhsulların ixracına hazırlaşırıq

3 Fevral 2020
175
qurbaga-ayagi-ve-ilbiz-kimi-ekzotik-mehsullarin-ixracina-hazirlasiriq

Azərbaycan Avropa İttifaqı ölkələrinə qurbağa ayağı və ilbiz kimi ekzotik məhsulların ixracına hazırlaşır. Bu haqda Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib. O bildirib ki, Aİ ölkələrinə heyvan mənşəli qidaların ixracı üçün konkret məhsullar üzrə səlahiyyətləndirmə prosedurundan keçmək lazımdır: "Azərbaycana məxsus üç məhsul artıq səlahiyyətləndirilib. Qida Təhlükəsizliyi Agentliyi səlahiyyətli orqan kimi tanınır. Bundan əvvəl balıq kürüsünü Aİ-na ixrac edə bilirdik. Sahibkarların müraciəti əsasında ilbiz və qurbağa ayaqlarının ixracı ilə bağlı Azərbaycan səlahiyyətli ölkələr sırasına daxil edilib” – deyə agentlik rəsmisi qeyd edib.

“Aqrobiznes”

CV YARAT