4 Aprel 2020

"Saanen" cinsli keçilər necə bəslənilməlidir? - VİDEO

16 Fevral 2020
102
saanen-cinsli-keciler-nece-beslenilmelidir-video

İmişlidə İsveçrədən gətirilən “Saanen” keçilərindən ibarət təsərrüfat yaradılıb. Bu keçi cinsi Azərbaycanın Aran bölgəsinin iqliminə tez uyğunlaşdığı üçün onun bəslənilməsi daha əlverişlidir.
“Saanen” keçilərinin diri çəkisi 55-70 kiloqram arasında dəyişir. Südünün keyfiyyətinə görə Avropanın ən yüksək göstəricilərinə malikdir. Təsərrüfatn mütəxəssisi Cavid Mürvətli deyir ki, bu keçilərin laktasiya müddəti uzun olduğundan əsasən südlük istiqamətində bəslənilir. 270-280 günə kimi süd almaq olur. Südün tərkibinin yağlılığı 3,3 faizə bərabərdir. Bir “Saanen” keçisi laktasiya dövründə 700-800 litrə yaxın süd vermək qabiliyyətinə malikdir.
Gəlin mütəxəssisi dinləyək. 
“Aqrobiznes” 

CV YARAT