3 İyul 2020

Xarlanan bal saxtadırmı?

16 Fevral 2020
489
xarlanan-bal-saxtadirmi

Balın xarlanması onun fiziki xassələrindən biridir və bal xarlamaqla maye haldan bərk hala keçir. Səbəbi balın tərkibindəki şəkərlərdən (karbohidratlardan) asılıdır, bu şəkərlər qlikoza və fruktozadır. Qlikoza üstünlük təşkil edən bal tez, fruktoza üstünlük təşkil edən bal isə gec xarlıyır.
Təcrübəli arıçılar deyirlər ki, xarlanmayan bal yoxdur, gec və ya tez bütün ballar xarlanır, hətta akasiya, şabalıd, qaratikan və şam balları belə müəyyən zaman keçdikdən sonra sərt, yumşaq, iri və kiçik dənəvari formada xarlanır. 
Bu mənada, balın xarlanması onun saxta olması anlamına gəlmir. 
Balın xarlamasının qarşısını almaq üçün saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Yaxşı olardı ki, otaq şəraitində, günəş işığından kənar yerlərdə saxlansın. Bal soyuq şəraitdə saxlanılarsa, daha tez xarlayar.
"Aqrobiznes" 

CV YARAT