2 İyun 2020

"Bağacıqlar qışlamaq üçün evlərə girir”

21 Fevral 2020
193
bagaciqlar-qislamaq-uecuen-evlere-girir

“Artıq bir neçə ildir ki, Gürcüstanda “Mərmər bağacıq” zərərvericisi yayılıb. Mübarizə aparılır, amma hələ də aktiv fazadadır”.  Bunu “Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri İsmayıl Orucov deyib. Onun sözlərinə görə, Assosiasiya həmin xəstəliyə qarşı mübarizəyə hazırdır: “Bu təkcə fındıq deyil, alma, qarğıdalı və başqa bu kimi bir sıra kənd təsərrüfatı məhsullarının məhsuldarlığına təsir edir. Hazırkı vəziyyətdə mübarizəni təbiətə buraxmışıq. Təbiətə müdaxilə etmək tərəfdarı deyilik. Aqrar mərkəz yaratmışıq və onunla mübarizəyə hazırıq. Bu xəstəliyin daşıyıcıları Bakıda - Sovetski ərazisində aşkar edilib. Onlar sökülən evlərdən çıxıb. Bu bağacıqlar qışlamaq üçün evlərə girir”.
“Aqrobiznes”
 

CV YARAT