25 Noyabr 2020

Xüsusi rejimli karantin günlərində fermerlər nə etməlidir?

5 Aprel 2020
322
xuesusi-rejimli-karantin-guenlerinde-fermerler-ne-etmelidir

Nazirlər Kabineti 2020-ci il 4 aprel tarixli 126 nömrəli Qərarına əlavələr edib, bu əlavələr kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin karantin günlərində hərəkətini tənzimləyir. 
- xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslər;
- yardımçı sahələrdə - xammal, istehsal vasitələrinin gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, texnika və materialların, aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və aqrotexniki xidmətlərin göstərilməsi fəaliyyəti göstərən şəxslər aşağıdakı hərəkətləti həyata keçirə bilərlər:
1.kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, təchizatı, saxlanması, daşınması, emalı, satışı, utilizasiyası ilə bağlı fəaliyyət;
2.heyvandarlıq sahəsində fermer fəaliyyəti: baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul), satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası; 
3.iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması;
4.bitkiçilik sahəsində fermer fəaliyyəti: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması; 
5.gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, suvarma və kənd təsərrüfatı texnika və materiallarının, aqrokimyəvi maddələrin istehsalı, idxalı, daşınması, satışı, qurulması və tətbiqi;
6.aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi;
7.heyvanlar üçün yem satış məntəqələrinin fəaliyyəti
Hərəkətinə icazə verilən şəxslər: 
Aşağıdakı şəxslərin rayon və şəhərdaxili, habelə rayonlar və şəhərlərarası hərəkətinə icazə verilir:
1.fermerlər (kənd təsərrüfatı məhsullarının istehsalçıları);
2.tədarükçülər və təchizatçılar;
3.aqronomlar;
4.baytar həkimlər; 
5.zootexniklər; 
6.süni mayalanma mütəxəssisləri; 
7.mövsümi işçilər (budama, alaqlama, məhsul yığımı və s. sahələrdə); 
8.mexanizatorlar (kənd təsərrüfatı texnikalarını idarə etmək hüququ olan şəxslər); 
Hüquqi şəxslər, hüquqi şəxs olmayan fiziki şəxslər əməkdaşları barədə məlumatları elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil etdikdən sonra onların şəhərlərarası, rayonlararası, habelə rayon daxilində hərəkətinə (nəqliyyat vasitələri ilə birgə) yol verilir.
Fermerlər, tədarükçülər və təchizatçılar, aqronomlar, baytar həkimlər, zootexniklər, süni mayalanma mütəxəssisləri, mövsümi işçilər (budama, alaqlama, məhsul yığımı və s. sahələrdə), mexanizatorlar (kənd təsərrüfatı texnikalarını idarə etmək hüququ olan şəxslər) olduğu kənd daxilində  sərbəst qaydada hərəkət edəcəklər, olduğu rayon daxilində (kəndlərarası, rayon-kənd, kənd-rayon)  yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı ilə hərəkət edəcəklər.
Müvafiq arayışların verilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər. Şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin, arayışın üzərlərində olması məcburidir.
“Aqrobiznes”

CV YARAT