25 Noyabr 2020

Sarı sarmaşıga qarşı mübarizə tədbirləri necə aparılmalıdır?

23 Aprel 2020
280
sari-sarmasiga-qarsi-muebarize-tedbirleri-nece-aparilmalidir

Sarmaşıq fəsiləsinin sarı sar­ma­şı­q (Cus­cuta cam­pest­ris Cuncker) cinsi 128 növlə  təmsil olunur., on­lar­dan 10 növü kənd tə­sər­rü­fatı bit­ki­lə­rinə cid­di zi­yan vurur. Ən geniş ya­yıl­mış növü tar­la sarı sar­ma­şı­ğı­dır (Cus­cuta cam­pest­ris Cuncker) Tar­la sarı sarmaşığı­nın və­təni Şi­mali Ame­ri­ka­dır. Ru­si­yada isə ilk dəfə 1912-ci ildə ta­pıl­mış­dır. Azərbaycanın bütün böl­gə­lə­rin­də ya­yıl­mış­dır və 200-dən çox növ bit­kiyə zə­rər vurur. Tar­la sarı sar­ma­şığı  is­ti­se­vər bit­ki­dir. Tor­paq yax­şı qız­dıq­da to­xum cü­cə­rir. Bir to­xum­dan cü­cər­miş tar­la sar­ma­şığı 20 min­dən çox to­xum verir. Göv­də qı­rıq­la­rın­dan ve­qe­ta­tiv yol­la arta bilir. Sarı sar­ma­şı­ğın bü­tün növ­ləri pa­ra­zit bit­ki­lər­dir. Kök və yar­paq­ları yox­dur, sap və ya qay­tan şə­kil­li güc­lü bu­daq­la­nan göv­dəsi var. Çi­çək­ləmə za­manı göv­də sıx çi­çək­lər­lə ör­tü­lür. Çi­çək­lər beş lə­çək­li­dir. Mey­və içə­ri­sin­də  1–4 to­xum əmələ gə­lən qutu, to­xum isə iki tə­rəf­dən yas­tı­lan­mış düz­gün ol­ma­yan dai­rə şək­lin­də­dir. Sarı sar­ma­şı­ğın tor­paq­dan su və mi­ne­ral mad­də­ləri sor­maq və işıq­da üzvi mad­də­ləri sin­tez et­mək qa­bi­liy­yəti yox­dur. On­lar sa­hib bit­ki­nin he­sa­bına ya­şa­yır və bit­kiyə xü­susi qaus­to­ri­ya­lar­la ya­pı­şa­raq onun he­sa­bına qi­da­la­nır. Sarı sar­ma­şıq to­xum­la ço­xa­lır. To­xum­la­rın cü­cər­mə in­ten­siv­liyi tor­pa­ğın nəm­liyi və tem­pe­ra­tu­run­dan, həm­çi­nin to­xum­la­rın ye­tiş­mə də­rə­cə­sin­dən ası­lı­dır. Ya­rım­ye­tiş­miş və ye­tiş­mə­miş to­xum­lar ye­tiş­miş to­xum­lara nis­bə­tən daha tez cü­cə­rir. Ye­tiş­miş to­xum­lar torpa­qda 8-10 il cü­cər­mə qa­bi­liy­yə­tini sax­la­yır. Ki­çik to­xum­lu sarı sar­ma­şıq­lar tor­pa­ğın 4 sm-ə, iri to­xum­lu­lar 8 sm-ə qə­dər də­rin­li­yin­də cü­cə­rir. Cü­cər­mə za­manı to­xum ru­şey­mi kök tük­cük­ləri va­si­təsi ilə tor­pağa ya­pı­şır, əks daha zə­rif tə­rəfi isə tor­pa­ğın üzə­rinə çı­xır və asta-asta qıv­rı­la­raq sa­hib bit­ki ax­ta­rır. Sa­hib ta­pan kimi cü­cər­ti tor­paq­la əla­qəni kə­sir və pa­ra­zit hə­yat tər­zinə keçir. Sarı sar­ma­şıq­la zə­də­lə­nən bit­ki­lə­rin əv­vəl­cə in­ki­şafı zəif­lə­yir, son­ra sa­ra­lır və qu­ru­yur. 50-60% məh­sul it­ki­sinə sə­bəb ol­maq­la ya­naşı, məh­su­lun key­fiy­yə­tini də pis­ləş­di­rir. Kə­ta­nın li­fi­nin key­fiy­yə­tini pis­ləş­di­rir, şə­kər çu­ğun­du­run­da şə­kə­rin miq­da­rını 1-2% azal­dır, ot bit­ki­lə­rin­də protei­nin miq­darı aza­lır, kif­lə­nir. Bit­ki­lə­rin  ör­tülü to­xu­ma­la­rını zə­də­lə­yə­rək xəs­tə­lik və zə­rər­ve­ri­ci­lər­lə si­ra­yət­lən­mə­sinə şərait ya­ra­dır. Bir çox vi­rus xəs­tə­lik­lə­ri­nin (şə­kər çu­ğun­du­ru­nun, po­mi­do­run, ta­xıl bit­ki­lə­ri­nin, qa­ra­ba­şa­ğın  mozai­ka vi­rusu və s.) da­şı­yı­cı­sı­dır. Sarı sar­ma­şıq­da kus­ku­din və kus­ta­lin al­kaloid­ləri olduğu üçün, hey­van­lar onun­la zi­bil­lən­miş otla qi­da­lan­dıq­da çox hal­lar­da zə­hər­lə­nir­lər.

Mü­ba­rizə təd­bir­ləri:

- ka­ran­tin təd­bir­lə­rinə cid­di əməl edil­məli, parazitin eh­ti­yat­ları məhv edil­məli, tor­pa­ğın və məh­su­lun tək­rar zi­bil­lən­mə­si­nin qar­şısı alın­ma­lı­dır;

- sarı sar­ma­şıq­la yo­lux­ma­yan və ya az yo­lu­xan bit­ki­lər­dən (dən­li ta­xıl bit­ki­ləri, gü­nə­ba­xan, qa­baq fə­si­ləsi bit­ki­ləri və s.) iba­rət növ­bəli əkin sis­temi tət­biq edil­məli və əkin sis­temi qara he­rik­lə ta­mam­lan­ma­lı­dır;

- şum qatı güc­lü zi­bil­lən­miş sa­hə­lər şumlanmalı, er­kən yaz­da sə­pinqa­bağı sahə 2-3 dəfə kul­ti­va­siya edil­məli, əkin­lər­də cü­cər­mə­dən əv­vəl və son­ra ma­la­lama apa­rıl­malı, sey­rək­ləş­mə­nin qar­şı­sını al­maq üçün sə­pin nor­ması 10-15% ar­tı­rıl­malı, ve­ge­ta­siya müd­də­tin­də cər­gə a­rası be­cər­mə iş­ləri apa­rıl­malı və tək-tək yo­lux­muş bit­ki­lər çı­xa­rı­lıb məhv edil­mə­li­dir;

- alaq otu­nun çi­çək­lə­mə­sinə qə­dər yo­lux­muş ocaq­lar 1,5 m enin­də mü­dafiə zo­nası ilə birlikdə  şum qatı güclü zi­bil­lən­miş sa­hə­lər şumlanmalı, er­kən yaz­da sə­pinqa­bağı sahə 2-3 dəfə kul­ti­va­siya edil­məli, əkin­lər­də cü­cər­mə­dən əv­vəl və son­ra ma­la­lama apa­rıl­malı, sey­rək­ləş­mə­nin qar­şı­sını al­maq üçün sə­pin nor­ması 10-15% ar­tı­rıl­malı, ve­ge­ta­siya müd­də­tin­də cər­gə a­rası be­cər­mə iş­ləri apa­rıl­malı və tək-tək yo­lux­muş bit­ki­lər çı­xa­rı­lıb məhv edil­mə­li­dir;

- alaq otu­nun çi­çək­lə­mə­sinə qə­dər yo­lux­muş mənbələr 1,5 m enin­də mü­dafiə zo­nası ilə bir­lik­də bi­çi­lir, qu­ru­du­lur və sa­hə­dən kə­nara çı­xa­rı­la­raq yan­dı­rı­lır, son­ra mənbə her­bi­sid­lə çi­lə­nir və qara he­rik sax­la­nı­lır. Ço­xil­lik ot əkin­lə­rin­də və is­ti­fadə edil­mə­yən tor­paq­lar­da isə sarı sar­ma­şıq çi­çək­lə­yənə qə­dər köv­şənlər tez-tez qısa bi­çi­lir, bi­çilmə­dən son­ra qa­lan sar­ma­şıq qa­lıq­ları yan­dı­rı­lır və ya kim­yəvi üsul­la məhv edi­lir;

- bağ­lar­da, üzüm­lük­lər­də si­ra­yət­lən­miş zoğ­lar sar­ma­şıq çi­çək­lə­yənə qə­dər kə­si­lir, göv­də ət­rafı bü­tün yay ər­zin­də qara he­rik və­ziy­yə­tin­də sax­la­nı­lır, cər­gə ara­ları kul­ti­va­siya edi­lir və ya yo­lux­ma­yan bit­ki­lər (taxıl, noxud, ajı­pax­la (lupin)) sə­pi­lir;

- kim­yəvi yol­la alaq otunu məhv et­mək üçün to­xum­luq yon­ca əkin­lə­rin­də (0,6-0,8 l/ha), bağ və üzüm­lük­lər­də (4,0 l/ha) tor­nado; kor­fo­sat (3,0 l/ha) (mə­dəni bit­ki­ləri her­bi­sid­dən qo­ru­maq şər­ti ilə) pre­pa­rat­la­rın­dan bi­ri­nin tət­biq olun­ması məq­səd­əuy­ğun­dur.

  "Aqrobiznes" 

 

CV YARAT