3 Avqust 2020

Yazda “don vurmuş” üzüm bağlarında hansı tədbirlər görülməlidir?

27 Aprel 2020
347
yazda-don-vurmus-uezuem-baglarinda-hansi-tedbirler-goeruelmelidir

Azərbaycan şəraitində aprel ayı və may ayının ortalarına qədər bəzi illərdə iqlim dəyişkənlikləri ilə əlaqadar olaraq kəskin yaz şaxtalrı maşahidə edilir və üzümlüklərə ciddi ziyan vurur. Bu il də, aprel ayının ortalarında Respublikanın bir çox bölgələrində (Salyan, Tərtər, Kürdəmir və s.) yaz şaxtalrının təsirindən xeyli üzüm bağları ziyan çəkmişdir. Digər dağətəyi və dağlıq ərazilərdə üzüm tənəkləri hələ zoğların açılması mərhələsindədir. Bunun üçün yaz şaxtalarının qorxusu qoyxdur. Bu ərailərdə isə yaz yaxtaları may ayı ərzində müşahidə edilə bilər. Fermerlərə tövsiytə edirik ki, yaz şaxtalarına qarşı hazırlıqlı olsunlar və müvafiq vasitələri tədarük etisnlər. Bu barədə KTN-nin saytında məlumat paylaşmışdıq.
Yaz şaxtalarından zədələnmələri 3 əsas dərəcəyə bölmək olar.
I dərəcə: Tənəyin yaşıl zoğlarının və əvəzedici tumurcuqlarının əsasındakı döşənək qatı ilə birlikdə məhv olması. Bu cür zədələnmədə yeni yaşıl zoğlar yalnız ştamb və çoxillik qollardakı yatmış tumurcuqlardan inkişaf edə bilər. Bu halda keçən ilki zoğlar çox qısa (1 tumurcuq) kəsilir ki, bucaq və yatmış tumurcuqlarını oyanması üçün şərait yaradılsın. Bu zoğların hesabına tənəyin forması bərpa edilir və gələcəyin məhsulu təmin edilir.
II dədrcə:  Yaşıl zoğlar tamamilə, yaxud bütün çiçək qurupları məhv olur, zoğun aşağı 2-3 yarpağı salamat qalır, qalanları zədələnir. Bu halda əvəz edici tumurcuqlardan məhsul vermə qabiliyyəri olan sortlardan az miqdarda məhsul almaq olur. Əvəzedici tumurcuqları məhsuldar olmayan sortlarda bu cür budama lüzumsuz hesab edilir. Bic zoğların məhsul vermə qabiliyyəti olan yaşıl zoğların ucu erkən qoparılır, bic zoğların böyüməsi sürətləndirilir və onlar məhsul verir.
III dərəcə: Yaşıl zoğların yalnız ucu zədələnir, çiçək qrupları zədələnmir, yaxud çiçək qrupları və yarım qrupları az zədələnir. Bu halda xüsusi budama aparılması məsləhət deyildir.
Əgər üzümlüyünüzü yaz şaxtaları  vurubsa ilkin olaraq nə etməli !
Birinci növbədə bağ sahibi təmkinli olaraq təşvişə düşməməli, çünki yaz şaxtalrının fəsadını aradan qaldırıb, qismən də olsa, hətta 50 faizə qədər məhsuldarlığı bərpa etmək mümkündür.
- Yaz şaxtalarının fəsadını aradan qaldırmaq üçün birinci növbədə bağ müayinə olunur  və şaxtanın tənəyə təsir dərəcəsi müəyyən edilir və müvafiq tədbir görülür.
- Ilk növbədə bağda müayinə işi aparıb donvurmanın səviyyəsi, dərəcəsi, o cümlədən  donvurma zamanı havanın temperaturunun nə qədər olduğu müəyyən edilməlidir;
- Donvurmanın ilkin əlamətləri yaşıl zoğlarda hiss olunsada yaşlı hissələrdə (ikiillik zoğlar, çoxillik qollar, ştamb və s.) onun təsirini müəyyən etmək üçün bir neçə gün gözləmək lazım gəlir. Adətən yaz şaxtaları çoxillik hissələri zədələmir;
- Zədələnmiş hissələri tez bir zamanda kəsməyin;
- Əgər çoxillik hissələrdə zədələnmə varsa o hissə «sağlam toxumaya» qədər və ya ondan bir qədər aşağıya  kəsilib atılır;
- Üzüm bağı yenidən gübrələnməli və bol suvarılmalıdır;
- Budama aparıldıqdan sonra tənəklərə 3-5%-li Bordo mayesinin çilənməsi tövsiyə edilir.
- Əgər tənəkdə yalnız «yaşıl zoğlar» zədələnibsə, yaxud məhv olubsa zoğdakı «əlavə gözcüklərin» inkişafı nəticəsində qismən də olsa məhsul əldə etmək mümkündür.
- Don vurmuş tənəklərədə yaşıl əməliyyatlara həssas və dəqiq yanaşmaq lazımdır.
- Don vurmuş yaşıl zoğlar quruyub düşüdükdən, yaxud tənəkdən təmizdəndikdən sonra birillik bar zoğlarındakı (keçənilki bar zoğları) əlavə tumurcuqdan, hətta çoxillik gövdədən (ştamdan), kök boğazından, başcıq hissədəki çoxillik hissələrdəki (çoxillik, üçillik, ikiillik qollar və s.) yatmış tumurcuqlardan  zoğlar inkişaf etməyə başlayacaq. Əgər birillik zoğlardadakı əlavə tumurcuqlardan zoğlar inkişaf edəcəksə digər hissələrdən çıxan zoğlar qoparılmalıdır. Əlavə tumurcuqdan qoşa çıxan tumurcuqlardan məhsullu və məhsulsuzlar seçiləndə, barsızlar qoparılmalıdır. Əgər şaxtalar şiddətli olubsa və tənəkdə birillik bar zoğları tamamilə şaxtadan məhv olubsa, o zman əvəzedici tumurcuqlardan zoğlar inkişaf etmir və çoxillik hissələrin yuxarı hissələrindən çıxan yaşıl zoğlar saxlanılaraq tənək formalaşdırılır. Çoxillik hissələrədn çıxan yaşıl zoğlar barsız olur.
Nicat Nəsirli
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri 
Vüqar Səlimov
ÜŞETİ-nin direktoru, aqrar elmlər doktoru

CV YARAT