2 İyun 2020

Kartofun qənimi Ko­­lo­­rado bö­­cəyinə qarşı mübarizə tədbirləri - FOTOLAR

29 Aprel 2020
132
kartofun-qenimi-kolorado-boeceyine-qarsi-muebarize-tedbirleri-fotolar

Bu təh­­lü­­kəli zə­­rər­­ve­­rici MDB-nin  kar­­tof ye­­tiş­­di­­ri­­lən ək­­sər böl­­gə­­lə­­rin­­də ya­­yıl­­mış­­dır. Azər­­bay­­can­­da ko­­lo­­rado kar­­tof bö­­cə­­yinə 1970-ci ilin əv­­vəl­­lə­­rin­­də ilk dəfə ola­­raq  Tovuz, Şəm­­kir və Gə­­də­­bəy ra­­yon­­la­­rı­­nın bir sıra tə­­sər­­rü­­fat­­la­­rın­­da tə­­sa­­düf edil­­miş və qısa müd­­dət­­də sü­­rət­­lə ar­­ta­­raq baş­­qa ra­­yon­­lara da ya­­yıl­­mış­­dır. Zə­­rər­­ve­­ri­­ciyə kar­­tof be­­cə­­ri­­lən di­­gər ra­­yon­­lar­­da da tə­­sa­­düf olun­­maq­­la əkin­­lərə cid­­di zi­­yan vurur. Ko­­lo­­rado kar­­tof bö­­cə­­yi­­nin bə­­dəni şar­­vari-oval  for­­mada ol­­maq­­la, uzun­­luğu 9-11 mm ara­­sın­­da də­­yi­­şir, üst tə­­rəfi qır­­mı­­zım­­tıl-sarı rəng­­də­­dir. Al­­t tərəfində üç­­bu­­cağa ox­­şar ləkə var­­dır. Bö­­cə­­yin başı aşağı əyil­­di­­yin­­dən üst tə­­rə­­f­­dən ay­­dın gö­­rün­­mür. Bığ­­cıq­­ları 12 bu­­ğum­­dan iba­­rət­­dir. On­­lar­­dan bi­­rin­­ci beş bu­­ğum açıq rəng­­də, qa­­lan­­ları qa­­ra­­dır. Qa­­baq dö­­şün üzə­­rin­­də 11 ədəd qara ləkə var­­dır. Or­­ta­­dakı ləkə bö­­yük olub V hər­­finə bən­­zə­­yir. Qa­­baq qa­­nad­­ları üzə­­rin­­də (hər qa­­nad­­da 5 ədəd) uzu­­nuna ge­­dən qara zo­­laq var­­dır. Pup­­dan ye­­nicə çıx­­mış bö­­cək­­lə­­rin alt qa­­nad­­ları əv­­vəl­­cə açıq, son­­radan isə  açıq-çəh­­rayı rən­­g alır. Yu­­mur­­ta­­ları par­­laq olub, sət­­hi ha­­mar­­dır. Qır­­mı­­zım­­tıl-sarı, ya­­xud na­­rın­­cı rəng­­də­­dir. Oval for­­mada olub, 0,8-1 mm uzun­­luq­­da­­dır. Sür­­fə­­lər alt tə­­rəf­­dən yastı, üst tə­­rəf­­dən qa­­ba­­rıq olub, or­­tası yoğun, yağ­­lı ki­­mi­­dir. Bə­­dən­­ləri əv­­vəl­­cə tünd qır­­mızı, bö­­yü­­dük­­cə na­­rın­­cı-qır­­mızı rəng­­də olub, üzə­­rin­­də uzu­­nuna iki cər­­gə ilə dü­­zül­­müş qara nöq­­tə­­lər var­­dır. Dörd yaş döv­­rü ke­­çi­­rir, uzun­­luğu 15-16 mm-dir. Pup­­lar açıq-çəh­­rayı, ya­­xud na­­rın­­cı rəng­­də­­dir. Yan tə­­rə­­fin­­də cər­­gə ilə dü­­zül­­müş qara nöq­­tə­­lər və so­­nun­­da mah­­mız var­­dır, uzun­­luğu 10-12 mm-dir. Bö­­cək­­lər yu­­mur­­ta­­la­­rını bit­­ki yar­­paq­­la­­rı­­nın alt tə­­rə­­finə koma ha­­lın­­da və hər ko­­mada 15-60 ədəd ol­­maq­­la bir-bi­­ri­­nin ya­­nın­­da qoyur. Hər bir dişi fərd 400-600, bə­­zi­­ləri isə 3000-ə qə­­dər yu­­mur­­ta qoya bilir. Bit­­ki­­lə­­rin ilk bö­­yümə döv­­rün­­də (yazda) bö­­cək­­lər yu­­mur­­ta­­la­­rını tor­­pağa ya­­xın olan iri yar­­paq­­la­­rın alt səthində, yay­­da isə kol­­la­­rın orta ya­­ru­­sun­­da əmələ gə­­lən yar­­paq­­la­­rın alt səthinə qo­­yur­­lar. Yu­­mur­­ta qo­­yar­­kən dişi fərd­­lər öz­­lə­­rin­­dən ha­­vada tez qu­­ru­­yan ya­­pış­­qan­­lı maye bu­­ra­­xıb, onun kö­­məyi ilə yu­­mur­­ta­­la­­rını yar­­paq­­lara ya­­pış­­dı­­rır­­lar ki, bu da kü­­lək və ya­­ğı­­şın tə­­si­­rin­­dən yar­­paq­­lar­­dakı yu­­mur­­ta­­la­­rın tö­­kül­­mə­­si­­nin və tə­­ləf ol­­ma­­sı­­nın qar­­şı­­sını alır. Hava şərai­­tin­­dən asılı ola­­raq, yu­­mur­­ta­­nın in­­ki­­şafı 5-15 gün­­də başa ça­­tır və on­­lar­­dan sür­­fə­­lər çıxır. Sür­­fə in­­ki­­şa­­fını 16-34 gün­­də qur­­ta­­rır, bu müd­­dət­­də üç dəfə qa­­bıq də­­yiş­­mək­­lə, 4 yaş ke­­çi­­rir. Bi­­rin­­ci yaş­­da sür­­fə­­nin uzun­­luğu 5,3 mm-ə, üçün­­cü yaş­­da 8,5 mm-ə və dör­­dün­­cü yaş­­da 15 mm-ə çatır. İlk dövr­­də sür­­fə içə­­ri­­sin­­dən çıx­­dığı yu­­mur­­ta­­nın qa­­bı­­ğını yeyir. Na­­dir hal­­lar­­da on­­lar içə­­ri­­sin­­dən sür­­fə çıx­­ma­­yan sağ­­lam yu­­mur­­ta­­ları da ye­­yir­­lər. Bu pro­­ses han­­ni­­ba­­lizm ad­­la­­nır.Sür­­fə­­lə­­rin bit­­ki­­lər­­lə ilk qi­­da­­lan­­ması yar­­paq­­la­­rın alt tə­­rə­­fin­­dən, yəni yu­­mur­­ta­­dan çıx­­dığı yer­­də baş­­la­­yır. On­­lar yar­­pağı gə­­mi­­rib ki­­çik de­­şik­­lər açır­­lar. Çox keç­­mə­­dən sür­­fə­­lər qi­­da­­lan­­dığı bit­­kini si­­ra­­yət­­lən­­di­­rir­­lər. Hər bit­­kidə 30-40 sür­­fə və bö­­cək ol­­duq­­da, yar­­paq­­la­­rın ya­­rı­­sın­­dan çox his­­səsi və bə­­zən ta­­ma­­milə ye­­yil­­miş olur. Bit­­ki­­lər üzə­­rin­­də yar­­paq ça­­tış­­ma­­dıq­­da axı­­rın­­cı yaş­­da olan sür­­fə­­lər və yet­­kin fərd­­lər kol­­la­­rın göv­­də­­lə­­rini də gə­­mi­­rib, on­­ları lüt­­ləş­­di­­rir­­lər. Qida ça­­tış­­ma­­dıq­­da zə­­rər­­ve­­rici ya­­xın­­dakı bit­­ki­­lərə keçib, on­­lar­­la qi­­da­­la­­nır. Şid­­dət­­li qi­­da­­lan­­ma məh­­su­­lun 40-50% azal­­ma­­sına sə­­bəb olur. Ya­­ğış­­lı və kü­­lək­­li hava şərai­­tin­­də zə­­rər­­ve­­rici yar­­paq­­la­­rın alt tə­­rə­­finə top­­la­­şır. Əl­­ve­­riş­­li şərait ol­­duq­­da on­­lar bit­­ki­­ləri ye­­ni­­dən zədələyirlər.

Yay möv­­sü­­mün­­də in­­ki­­şafı başa çat­­mış sür­­fə­­lər tor­­pa­­ğın 5-15 sm də­­rin­­li­­yin­­də pup mər­­hə­­lə­­sinə keçir. Pu­­pun in­­ki­­şafı 10-24 gün da­­vam edir və on­­dan yeni nəs­­lin bö­­cək­­ləri çıxır. He­­sab­­la­­ma­­lar gös­­tər­­miş­­dir ki, iq­­lim şərai­­tin­­dən asılı ola­­raq ko­­lo­­rado kar­­tof bö­­cə­­yi­­nin bir nəs­­li in­­ki­­şa­­fını 30-70 gün­­də qur­­ta­­rır. Bu­­nun üçün 3600 fay­­dalı (ef­­fekt­­li) tem­­pe­­ra­­tur tə­­ləb olu­­nur. Yu­­mur­­ta­­nın in­­ki­­şafı üçün 500, sür­­fə­­nin in­­ki­­şafı üçün 1450, pu­­pun in­­ki­­şafı üçün isə 1000 ef­­fek­­tiv tem­­pe­­ra­­tur la­­zım­­dır. Bö­­cək­­lə­­rin tor­­paq­­dan çı­­xıb yu­­mur­­ta qoy­­ma döv­­rün­­də 30-350 fay­­dalı tem­­pe­­ra­­tur tə­­ləb olu­­nur.

Res­­pub­­li­­ka­­nın Gəncə-Qa­­zax böl­­gə­­sin­­də zə­­rər­­ve­­rici ildə 3-4 nə­­sil verir. Gə­­də­­bəy ra­­yo­­nun­­da adə­­tən ko­­lo­­rado kar­­tof bö­­cəyi 2 nə­­sil ve­­rir ki, bu əsa­­sən orada ha­­va­­nın nis­­bə­­tən sə­­rin ol­­ma­­sın­­dan ası­­lı­­dır. Ya­­yın və pa­­yı­­zın isti vaxt­­la­­rın­­da bö­­cək­­lər ha­­vaya qal­­xa­­raq 30 km mə­­sa­­fəyə ya­­yıla bilir. Güc­­lü kü­­lək­­lər on­­la­­rın daha uzaq mə­­sa­­fə­­lərə ya­­yıl­­ma­­sına zə­­min ya­­ra­­dır. Qeyd et­­mək la­­zım­­dır ki, dü­­zən­­lik yer­­lər­­də və çöl­­lər­­də zə­­rər­­ve­­rici daha sü­­rət­­lə ət­­rafa ya­­yıla bilir. Me­­şə­­lər­­də və hün­­dür ağac­­lar bi­­tən yer­­lər­­də zə­­rər­­ve­­ri­­ci­­nin ya­­yıl­­ması xey­­li məh­­dud­­la­­şır. Ko­­lo­­rado kar­­tof bö­­cəyi quş üzümü fə­­si­­lə­­sinə mən­­sub olan kar­­tof, tütün, po­­mi­­dor, bibər, ba­­dım­­can və di­­gər mə­­dəni bit­­ki­­lər­­lə qi­­da­­lan­­maq­­la bə­­ra­­bər, eyni  za­­man­­da bə­­nə­­notu, xa­­motu, də­­li­­bəng, quşü­­zümü və sair ya­­banı bit­­ki­­lər­­lə də qi­­da­­la­­nır. Zə­­rər­­ve­­rici gü­­nün bü­­tün vaxt­­la­­rın­­da, dişi fərd­­lər isə gecə vaxt­­la­­rın­­da daha çox qi­­da­­la­­nır. Zə­­rər­­ve­­rici bit­­ki­­lə­­rin qön­­çə­­ləmə, çi­­çək­­ləmə vaxt­­la­­rın­­da daha çox zi­­yan vurur.

İq­­lim və tor­­paq şərai­­tin­­dən asılı ola­­raq, zə­­rər­­ve­­ri­­ci­­nin axı­­rın­­cı nə­­sil bö­­cək­­ləri tor­­pa­­ğın 18-70 sm də­­rin­­li­­yin­­də qış­­la­­yır­­lar. Yaz­­da tem­­pe­­ra­­tur 14-15 də­­rə­­cəyə çat­­dıq­­da on­­lar tor­­paq üzə­­rinə çıxır. Res­­pub­­li­­ka­­mız­­da bu hal təq­­ri­­bən ap­­rel ayı­­nın or­­ta­­ları, may ayı­­nın əv­­və­­llə­­rin­­də mü­­şa­­hidə olu­­nur. Ayrı-ayrı fərd­­lə­­rin tor­­pağı tərk et­­məsi may ayı­­nın son­­la­­rına qə­­dər da­­vam edir. Ya­­ğış­­lı və sə­­rin vaxt­­lar­­da bö­­cək­­lə­­rin qış yu­­xu­­sun­­dan ayıl­­ması və tor­­paq üzə­­rinə çıx­­ması nis­­bə­­tən uza­­nır. Tor­­paq üzə­­rinə çı­­xan bö­­cək­­lər çox­­lu su qə­­bul et­­dik­­dən son­­ra ət­­raf­­dakı bit­­ki­­lərə ke­­çə­­rək on­­lar­­la qi­­da­­la­­nır. Bö­­cək­­lər bir aya qə­­dər qi­­da­­lan­­ma­­dan ya­­şaya bi­­lər­­lər.

Təbiət­­də ko­­lo­­rado kar­­tof bö­­cə­­yi­­nin ar­­tıb ço­­xal­­ma­­sı­­nın qar­­şı­­sını bir sıra fay­­dalı hə­­şə­­rat­­lar, gə­­nə­­lər, hö­­rüm­­çək­­lər və s. can­­lı­­lar alır. Yır­­tıcı ka­­ra­­bid bö­­cək­­lə­­rin­­dən gö­­zəl­­bə­­dən, qır­­mı­­zı­­ya­­naq, qı­­zıl­­nöq­­təli və s. sa­­hə­­lər­­də zə­­rər­­ve­­ri­­ci­­nin yu­­mur­­ta, sürfə, pup və hət­­ta ye­­nicə əmələ gəl­­miş bö­­cək­­ləri ilə qi­­da­­la­­nır.

     Mü­­ba­­rizə təd­­bir­­ləri:

    Ko­­lo­­rado kar­­tof bö­­jə­­yi­­nin ya­­yıl­­ma­­sı­­nın qar­­şı­­sını al­­maq və onu məhv et­­mək məq­­sə­­dilə mü­­ba­­rizə təd­­bir­­ləri sis­­temi hə­­yata ke­­çi­­ril­­mə­­li­­dir:

  • - zə­­rər­­ve­­ri­­ciyə yo­­lu­­xan zo­­na­­lar­­dan əkin və ər­­zaq məq­­sə­­dilə kar­­tof yum­­ru­­la­­rı­­nın da­şın­ması qa­­da­­ğan­­dır;
  • - da­­xili ka­­ran­­tin ser­­ti­­fi­­katı ol­­ma­­dan ka­­ran­­tin qo­­yul­­muş zo­­na­­dan ko­­lo­­rado kar­­tof bö­­cə­­yin­­dən azad zo­­naya kar­­to­­fun ər­­zaq məh­­sulu kimi gə­­ti­­ril­­məsi, ba­­zar­­lar­­da və di­­gər iaşə ob­­yekt­­lə­­rin­­də sa­­tışı qa­­da­­ğan olun­­ma­­lı­­dır. Res­­pub­­li­­ka­­mız­­da kar­­to­­fun bir ra­­yon­­dan di­­gə­­rinə gön­­də­­ril­­məsi da­­xili ka­ran­tin fi­­to­­sa­­ni­­tar ser­­ti­­fi­­katı əsa­­sın­­da hə­­yata ke­­çi­­ril­­mə­­li­­dir;
  • - məh­­sul yı­­ğıl­­dıq­­dan son­­ra sa­­hədə kul­­ti­­va­­siya apa­­rı­­la­­raq, tor­­pa­­ğın üst qa­­tına dü­­şən yum­­ru­­lar top­­lan­­ma­­lı­­dır. Bu təd­­bir sa­­hə­­lər­­də la­­zım­­sız kar­­tof kol­­la­­rı­­nın əmələ gəl­­mə­­si­­nin qar­­şı­­sını al­­maq­­la bö­­cək­­lə­­rin yem eh­­ti­­ya­­tını azal­­dır;
  • - kar­­tof kol­­la­­rı­­nın zə­­rər­­ve­­ri­­ciyə qar­­şı da­­vam­­lı­­lı­­ğını ar­­tır­­maq məq­­sə­­dilə sa­­hə­­lər vax­­tın­­da güb­­rə­­lən­­məli, yum­­şal­­dıl­­malı və bit­­ki­­lə­­rin dibi yax­­şı dol­­du­­rul­­ma­­lı­­dır. Dib­­dol­­dur­­ma eyni za­­man­­da zə­­rər­­ve­­ri­­ci­­nin aşağı ya­­rus­­lar­­da qoy­­duğu yu­­mur­­ta­­la­­rı­­nın, tor­­paq­­dakı pup­­la­­rı­­nın və əl­­ve­­riş­­siz şərait nə­­ti­­cə­­sin­­də giz­­lə­­nən bö­­cək­­lə­­ri­­nin məh­­vinə sə­­bəb olur;
  • - məh­­sul yı­­ğı­­mın­­dan 7-10 gün əv­­vəl kar­­tof kol­­ları bi­­çi­­lib sa­­hə­­dən çı­­xa­­rıl­­ma­­lı­­dır. Bu təd­­bir qış­­la­­maya ha­­zır­­la­­şan bö­­cək­­lə­­rin qi­­da­­dan məh­­rum ol­­ma­­sına və müəy­­yən his­­sə­­si­­nin məhv ol­­ma­­sına şərait ya­­ra­­dır;
  • - zə­­rər­­ve­­ri­­ci­­nin tor­­paq­­da qış­­la­­yan yet­­kin bö­­cək­­lə­­rini məhv et­­mək məq­­sə­­dilə qu­­şü­­zümü fə­­si­­lə­­sinə mən­­sub olan bit­­ki­­lər al­­tın­­dan çı­­xan sa­­hə­­lər­­də payız-qış döv­­rün­­də də­­rin şum apa­­rıl­­ma­­lı­­dır;
  • - zə­­rər­­ve­­ri­­ci­­nin fər­­di tə­­sər­­rü­­fat­­lar­­da azal­­ma­­sın­­da bit­­ki­­lər üzə­­rin­­də gö­­rü­­nən yu­­mur­­ta­­la­­rın əl ilə əzil­­məsi, sür­­fə və bö­­cək­­lə­­rin isə top­­la­­nıb içə­­ri­­sin­­də ağ neft və ya for­­ma­­lin olan qab­­lara tö­­kül­­məsi bö­­yük əhə­­miy­­yət kəsb edir. Bu me­­xa­­niki təd­­bir qu­­şü­­zümü fə­­si­­lə­­sinə mən­­sub olan alaq ot­­ları (xa­­motu, bə­­nə­­kotu, də­­li­­bəng, qu­­şü­­zümü və s.) üzə­­rin­­də də apa­­rıl­­ma­­lı­­dır;
  • - kim­­yəvi mü­­ba­­ri­­zədə is­­ti­­fadə olu­­nan pre­­pa­­rat­­la­­rın ək­­sə­­riy­­yəti gü­­nün qız­­mar vaxt­­la­­rın­­da yax­­şı nə­­ticə verir, çün­­ki zə­­rər­­ve­­ri­­ci­­nin is­­tər sür­­fə­­ləri, is­­tər­­sə də yet­­kin fərd­­ləri hə­­min vaxt bit­­ki­­lə­­rin orta və yu­­xarı ya­­rus­­la­­rına daha çox top­­la­­şır və in­­ten­­siv qi­­da­­la­­nır;
  • - zə­­rər­­ve­­ri­­ciyə qar­­şı aşa­­ğı­­dakı pes­­ti­­sid­­lər­­in birindən is­­ti­­fadə olun­­ması məs­­lə­­hət gö­­rü­­lür: biopestisidlər: Aversektin–C (Fitoverm), Bacillus Thuringiensis (Bitokcibasillin), kimyəvi prepatlardan: Thiametoksam, Asetamiprid, İmidokloprid, Fipronil və s. Mü­­ba­­ri­­zə­­nin I və II yaş­­lı sür­­fə­­lərə qar­­şı apa­­rıl­­ması daha sə­­mə­­rə­­li­­dir.

        “Aqrobiznes”

CV YARAT