20 Sentyabr 2020

"Pirəsora" cinsli sürünün yaylaq mövsümü başladı - FOTOLAR - VİDEO

21 May 2020
299
piresora-cinsli-sueruenuen-yaylaq-moevsuemue-basladi-fotolar-video

Qoyun sürülərinin qışlaqlardan yaylaqlara köç prosesinə start verilib. Aran bölgələrində yerləşən qışlaqlardan sürülərin dağlıq ərazilərdə yerləşən yaylaqlara köçü mayın sonuna kimi davam edəcək. Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvar qışlaqlarındakı təsərrüfatlardan olan sürülərin Lerik yaylaqlarına köç prosesini izləyib. Sürülər Masallı-Yardımlı yolu ilə Təkdam-Pirəsora-Orand istiqamətində yaylaqlara qalxırlar. Gün ərzində bu istiqamətdə təxminən 5 mindən artıq xırdabuynuzlu heyvanın köçü təşkil edilir.  Lerik yaylaqlarında əsasən, Pirəsora qoyun cinsindən olan sürülər saxlanılır. “Pirəsora” qoyunları xalq seleksiyası nəticəsində çarpazlaşdırma yolu ilə yetişdirilib, yüksək yun, ət, yağ, balavermə qabiliyyətinə malikdir. Lerik zonasında geniş yayılmış bu qoyun cinsi Pirəsora kəndinin şərəfinə “Pirəsora” qoyunu adlandırılıb. Törədici qoçların diri çəkisi 60-75 kiloqram, ana qoyunların çəkisi 35-40 kiloqram olur, toğluların çəkisi isə 30 kiloqrama çatır.
Sürülərin yaylaqda bəslənilməsi prosesi oktyabr ayının əvvəllərinə qədər davam edir.

CV YARAT