3 İyul 2020

İpəkqurdlarının sarılıq xəstəliyi və müalicəsi - VİDEO

29 May 2020
177
ipekqurdlarinin-sariliq-xesteliyi-ve-muealicesi-video

Bu il havaların dəyişkən keçməsi nəticəsində bir çox kümxanalarda ipəkqurdları arasında sarılıq xəstəliyi yayılıb. Bu xəstəlik bəzi rayonlarda ipəkqurdları arasında təlafata səbəb olub. Hava dəyişir, kümxanada temperatur və nəmliyi nizamlamaq çətinləşir. Bəzi kümçülər isə bu vəziyyətə etinasız yanaşır. Üstəlik yemləmə də zəif aparılır, künə dəyişilmir, içəri havalandırılmır. Hətta yağıntılı havada yığılan sulu yarpaqlar qurudulmamış qurda verilir. Bu səbəblərdən qeyri - optimal şəraitdə az yemlənən qurd zəifləyir, qabığını dəyişə bilmir, xəstəliyə yoluxur.
Xəstəlik yayılmış kümxanalarda müalicə işinin aparılması vacibdir. Barama İstehsalçıları Şurasının üzvü Gülnar Bağırovanın tövsiyyələrini təqdim edirik. 
"Aqrobiznes"

CV YARAT