23 Noyabr 2020

Soyanın sənaye əhəmiyyəti böyükdür - VİDEO

7 İyul 2020
213
soyanin-senaye-ehemiyyeti-boeyuekduer-video

Soya zülalla zəngindir, ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Soyanın vətəni cənubi-şərqi Asiyadır. O, çinlilərə bizim eradan 6 min il əvvəl məlum olub sonralar Hindistan, Yaponiya, Koreya, Vyetnam və İndoneziyada becərilib. Avropada nisbətən gec, XVIII əsrdə becərilməyə başlanılıb. Uzaq Şərqdə yaşayan rus mühacirləri soyanı qədimdən becəriblər. Soya Amerikaya ilk dəfə 1765-ci ildə Samuel Bowen adlı dənizçi tərəfindən tanıdılıb.
Əkin sahəsinə görə dünyada dənli-paxlalı bitkilər içərisində soya birinci yeri tutur. Dünya əkinçilik sistemində onun əkin sahəsi 67 mln hektardır. Soya 50-yə yaxın ölkədə becərilir. Soyanın əkin sahəsi ABŞ-da 30 mln, Çində 15 mln, Braziliyada 3,0 mln hektardır. Bu bitki Hindistanda, Yaponiyada, Vyetnamda, İndoneziyada, Şimali Afrikada, Avstraliyada, Şimali və Cənubi Amerikada, Ukraynada, Rusiyada, Moldovada , Şimali Qafqazda, Gürcüstanda və Azərbaycanda becərilir. Dünya üzrə orta məhsuldarlıq 14-15 sentnerdir. Keçmiş SSRİ-də soyanın əkin sahəsi 1mln hektar və məhsuldarlığı isə orta hesabla 10 sentner olmuşdur. Qabaqcıl təsərrüfatlarda suvarma şəraitində dən məhsuldarlığı 25-30 sentner, yaşıl kütlə məhsuldarlığı isə 250-300 sentner olmuşdur.
"Aqrobiznes" 

CV YARAT