23 Noyabr 2020

Qaradolaq cinsinin hansı üstün cəhətləri var? - VİDEO

2 Avqust 2020
189
qaradolaq-cinsinin-hansi-uestuen-cehetleri-var-video

Bu cins əsasən Qarabağ qoyunlarının yayıldığı ərazilərdə saxlanır. Azərbaycanın köçəri –dağ otlaq şəraitində çox yaxşı yayılmış Qaradolaq qoyunları bu ərazi üçün ən yaxşı qoyun hesab olunur. Onların iri, cəsamətli bədən quruluşu, yetkin sklet forması böyük və yaxşı eksteryer görünüşü, yağlı quyruq forması, yüksək  ət çıxarı, süd məhsulu, bala vermək qabiliyyəti, uzaq dağ otlaqlarına rahat kedib-qayıtmaları geniş ərazidə yayılmasına səsəb olub. Qaradolaq mənşəli quzuların orta diri çəkisi yeni doğulanda 3,97-5,21 kq olur və onlar və normal bəslənmə şəraitində 10-12 aylıqda 39-45 kq canlı kütləyə çatırlar. Ana qoyunların orta canlı kütləsi 46,8 kq, törədici qoçların canlı kütləsi isə 73-80 kq arasında olur. Qaradolaq  toğlularının cəmdəyinin çəkisi 19-20 kq, ət çıxarı isə 48-49 % olur. Bu qoyunlar sənaye çarpazlaşdırılmasında digər qoyunlara  nisbətən tezyetişkən mələzlər alınır. Ona görədə bu qoyunlardan çarpazlaşmada geniş istifadə olunur. Qaradolaq qoyunlarının  süd vermə qabiliyyəti laktasiya ərzində 75-80 kq arasında olur. Balavermə qabiliyyəti 108-112 % təşkil edir.

CV YARAT