25 Noyabr 2020

Heyvandarlıq üçün qeyri-ənənəvi yem bitkiləri hansılardır? - VİDEO

19 Avqust 2020
176
heyvandarliq-uecuen-qeyri-enenevi-yem-bitkileri-hansilardir-video

Əkinçilik Elmi Tədqiqat İnstitutunun Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyasının təcrübə sahəsində əkilmiş müxtəlif yem bitkiləri üzərində elmi müşahidələr aparılır. Məqsəd bu bitklərin keyfiyyət göstəricilərinin, ümumi qidalılıq dəyərinin öyrənilməsi və əldə olunan nəticələrin fermerlərə tövsiyə olunmasıdır. 
Təcrübə sahəsində dəni taxıl bitkilərindən qarğıdalı, sorqo, vələmir, darı və müxtəlif çəmən otları, dənli paxlalı bitkilərdən soya, gülül, lərgə, yonca (əkin yoncası  və üçyaraqlar), şənbələ (güldəfnə), yem paxlası, qeyri-ənənəvi bitkilərdən isə amarant (iki növü), yem çuğunduru və kinoa əkilib. Bu bitkilərin müxtəlif inkişaf fazalarında keyfiyyət göstəriciləri öyrənilməklə bərabər, minimum becərmə və növbəli əkin dövrüyyəsinin bitkilərin məhsuldarlığına, keyfiyyət göstəricilərinə, xəstəlik və zərərvericilərə qarşı davamlılığına nə dərəcədə təsir etdiyi də öyrənilir.
Laboratoriyanın müdiri Sevil Abasquliyeva bildirib ki, qeyri-ənənəvi yem bitklərinin öyrənilməsində əsas məqsədlərdən biri də insanların əsas qidasını təşkil edən ərzaq bitkilərinin qeyri-ənənəvi  bitkilərlə əvəz olunması və bunun hesabına ərzağa olan tələbatın ödənilməsidir. “İstehsal olunan məhsulun maya dəyərinin  aşağı olması əsas şərtlərdən biridir. Dünya əkinçiliyində dənli taxıl bitkiləri aparıcı yerlərdən birini tutur və onların müxtəlif istiqamətlərdə tətbiq ediməsi və yüksək dəyərliliyinə görə Yer kürəsi əhalisi üçün mühüm əhəmiyyət kəsb edir. Bu bitkilər dən, qənnadı, nişasta, dekstrin, spirtçəkmə və pivəbişirmə sənaye sahələri üçün əsas xammal mənbəyidir. Dənli taxıl bitkiləri heyvandrlıqda qarışıq yem və kəpək formasında yem qarışığı kimi isifadə edilir. Eləcə də küləşi və püfəsi heyvandarlıqda yem kimi tətbiq olunur. Taxılçılığın inkişafı heyvandarlıqla əlaqadardır, çünki onun məhsulu heyvandarlığı yemlə, heyvandarlıq isə taxıl bitkilərini üzvi gübrə-peyinlə təmin edir.
Dənli - paxlalı bitkilər çoxillik və birillik, yazlıq və payızlıq əkin sisteminə bölünür. Bu bitkilər köklərində simbioz həyat tərzi keçirən  fır bakteriyalarının köməyi ilə havanın bioloji azotunu mənimsəyirlər. Onların istər toxumlarında, istərsə də digər orqanlarında dənli taxıl bitkilərinə nisbətən daha çox azot toplanır. Dənli taxıl bitkilərinin məhsulu zülalla zəngin olduğundan, onlar ərzaq, yem və texniki məqsədlər üçün becərilir. İstehsal edilən yemlərin tərkibində zülal az olduğundan, yəni 1 yem vahidində 75-80 qr zülalın olması yemlərin normadan artıq məsarifnə səbəb olur. Bu isə heyvandrlıq məhsullarının baha başa gəlməsinə gətirib çıxarır. Zootexniki normaya əsasən,  1 yem vahidinin tərkibində 115 qr xam zülal olmalıdır.Paxlalı bitklərin tərkibində insan və heyvan orqanizmi üçün lazım olan bütün amin turşuları vardır. Birinci növbədə, paxlalıların vegetativ və generativ orqanları digər bitkilərə nisbətən zülalla 2-3 dəfə daha çox zəngindir. Soyanın yaşıl kütləsinin bir yem vahidində 185qr, yem paxlasında 164 qr, lərgədə 164 qr, göy noxudda 128 qr həzm olunan zülal vardır. Soyanın dənindəki bir yem vahidində 251 qr, göy noxudda 174 qr, lərgədə 218 qr, yem paxlasında 20 qr həzm olunan zülal vardır. Kənd təsərrüfatı heyvanları dənli taxıl və dənli-paxlalı bitkilərin qarışığı ilə yemləndiridikdə taxıllarda olan zülalın mənimsənilmə qabiliyyəti 20-50 % artır. Paxlalı bitkilərin zülalının 80-90%-i heyvan orqanizmi tərəfindən yaxşı mənimsənilir. Bu bitkilərin bir üstünlüyü də ondan ibarətdir ki, vahid torpaq sahəsində çoxlu azot elementi toplayırlar”-deyə Sevil Abasquliyeva bildirib. 
Aqromiya baxımından paxlalı bitkilər ən yaxşı sələf hesab olunur. Quru ot, yaşıl kütlə və silos məqsədi üçün də  becərilir. Bu bitkilər paxla bağlama fazasında (əvvəlində) yaşıl yem üçün yığıldıqda bir hektar torpaq  sahəsində 40 kq azot ehtiyatı qalır. Qönçələmə -çiçəkləmə fazasında isə bitkini torpağın altına çevirməklə şumladıqda hər hektar sahəyə 100-110 kq (yaşıl gübrə) azot verilmiş olur.
"Aqrobiznes" 

CV YARAT