23 Noyabr 2020

Cins mal-qara almaq üçün lizinq şərtləri

20 Avqust 2020
156
cins-mal-qara-almaq-uecuen-lizinq-sertleri

Müxtəlif  ölkələrdən gətirilərək lizinq qaydasında satılan iri və xırdabuynuzlu cins damazlıq heyvanlar  əldə etmək üçün lizinq şərtləri:
- AKİA tərəfindən dövlət güzəşti - 60%-dək 
- İlkin ödəniş - 25%-dən başlayaraq
- İllik faiz dərəcəsi - 7%
- Lizinq məbləği - 15%
Heyvanlarda yüksək məhsuldarlıq göstəricilərinə nail olmaq üçün saxlama şəraiti ilə bağlı minimal tələblər aşağıdakılardır:
- Heyvanlar saxlanılan ərazidə tavanın hündürlüyü 3 metrdən az olmamalıdır
- Gəzinti sahəsi hər baş ana mal üçün 6 m2, boğaz inəklər üçün isə 8 m2 olmalıdır
- Döşəmə sahəsi (yataq yeri): 1 baş üçün – 2.0-2.3 m2
- İşıqlandırma (pəncərənin şüşə sahəsinin tövlənin daxili sahəsinə nisbəti) – 1,10:1,20
- Hava axını - yaxşı (3 m/san), qənaətbəxş (5-8 m/san), qeyri-qənaətbəxş (8 m/san dən yuxarı 3 m/san-dən aşağı)
- Tövlənin girişində və çıxışında, dezbaryerlər  və dezinfeksiya işlərinin təşkili
"Aqrobiznes" 

CV YARAT