23 Noyabr 2020

Damazlıq heyvanları güzəştli qaydada necə almaq olar? - QAYDALAR

28 Avqust 2020
192
damazliq-heyvanlari-guezestli-qaydada-nece-almaq-olar-qaydalar


Damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə satılması qaydaları «Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli, 3000 nömrəli Sərəncamına əsasən hazırlanıb. 
Qaydalar:
1. 50 faiz güzəştlə lizinq yolu ilə damazlıq heyvan almaq istəyən istehsalçı ərizə ilə rayon (şəhər) kənd təsərrüfatı idarəsinin (DAİM) komissiyasına müraciət edir;
2. Rayon (şəhər) kənd təsərrüfatı idarəsinin komissiyası istehsalçının ərizəsinə əsasən 3 (üç) iş günü ərzində istehsalçının iştirakı ilə damazlıq heyvanların saxlanılma şəraitini, yemlə təminatını, zoobaytar tədbirlərinin aparılmasının vəziyyətini yerində yoxlayır və istehsalçıya damazlıq heyvanın lizinq yolu ilə satılıb - satılmaması barədə yazılı surətdə rəyini bildirir.
3. Şirkət 2 (iki) iş günü müddətində istehsalçının ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri ekspertizadan keçirir və damazlıq heyvanın lizinq yolu ilə satılması barədə istehsalçıya güzəştin şərtlərini və ödənişin aparılması üçün müvafiq bankdakı xəzinə hesabını göstərməklə, müəyyən olunmuş formada hesab-faktura göndərir;
4. İstehsalçı lizinq yolu ilə alacağı damazlıq heyvanların müəyyən olunmuş güzəştli dəyərinin 50 faizini və sığortanın tam dəyərinin qabaqcadan müvafiq bankdakı xəzinə hesabına hesab-fakturaya əsasən ödəyir. İstehsalçı ödənişi təsdiqləyən bütün bank sənədlərini şirkətə təqdim edir;
5. Ödənişi təsdiqləyən bank sənədlərinə əsasən şirkətlə  istehsalçı arasında damazlıq heyvanların qanunvericiliyə müvafiq olaraq alqı-satqı əməliyyatı həyata keçirilir və 3 (üç) il müddətinə lizinq müqaviləsi bağlanılır;
6. İstehsalçı güzəştli şərtlərlə lizinq yolu ilə satın aldığı damazlıq heyvanı:
• dəyəri tam ödənilənədək sata, bağışlaya və kəsə bilməz;
• saxlanılması üçün istifadə etdiyi yer (tövlə) zoobaytar tələblərə tam cavab verməlidir və yem bazası ilə təmin etməlidir.
7.İstehsalçının səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyvan tələf olarsa, onda damazlıq heyvanın ödənilməyən qalıq dəyəri istehsalçı tərəfindən ödənilməlidir.
Nağd ödəmə ilə damazlıq heyvan almaq:
• Damazlıq heyvan təchizatçısını müəyyən et;
• Bankda hesab aç və damazlıq heyvanın qiymətinin güzəşt edilməyən hissəsi qədər vəsait yerləşdir;
• Damazlıq heyvanın qiymətləndirilməsi haqqında akt əldə et;
• Damazlıq heyvanın kasko sığortasını etdir;
• Güzəşt məbləğinin ödənilməsi ilə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinə ərizə ilə müraciət et;

Kreditlə damazlıq heyvan almaq:
• Damazlıq heyvanı seç;
• Damazlıq heyvanın göstəriciləri barədə təchizatçının verdiyi arayışla müvəkkil kredit təşkilatına müraciət et;
• Damazlıq heyvanın qiymətləndirilməsi haqda akt əldə et;
• Damazlıq heyvanın kasko sığortasını etdir;
• Damazlıq heyvanın qiymətinin minimum 25%-ni ilkin ödəniş et;
• Güzəşt məbləğinin ödənilməsi ilə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinə ərizə ilə müraciət et;

Güzəşt edilməsi üçün tələb olunan sənədlər
• Aqrar Kredit və İnkişaf Agentliyinə Ərizə və İltizam - damazliq heyvan;
• Analizlərin siyahısı;
• Təchizatçı ilə bağlanmış müqavilənin əsli;
• Şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial təsdiq);
• İlkin ödənişi təsdiq edən mohürlü bank sənədi və bank rekvizitləri;
• Təchizatçının imzası və (və ya) möhürü ilə təsdiq edilmiş gömrük bəyannaməsinin surəti (idxal olunan damazlıq heyvan olduqda);
• Sığorta haqqı (kasko) ödənişini təsdiq edən sənədlər;
• Qiymətləndirmə aktı;

Hüquqi şəxs olduqda:
• Nizamnamənin surəti;
• Dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) surəti;
• VÖEN-in surəti;
• Təkbaşına və ya kollegial icra orqanının rəhbərinin təyin edilməsi haqqında sənədin surəti;

Aşağıda göstərilmiş kriteriyalara cavab verən təhcizatçıdan damazlıq heyvan əldə edə bilərsiniz:
- heyvanların qidalanma və saxlanma şəraitini həmin cins (növ) heyvan üçün zəruri olan formada təmin etməli;
- müvafiq cinsdən (növdən) heyvanın xəstəlikləri, habelə qidalanması üzrə ixtisaslaşmış zootexnik, baytar və mütəxəssislərə malik olmalı və ya əməkdaşlıq etməlidir.
Sığorta
Kasko sığorta vacibdir. Sığorta təşkilatının seçimində sahibkarlıq subyekti azaddır.
"Aqrobiznes" 

CV YARAT