23 Noyabr 2020

Dünyanın ən baha satılan qoyun cinsi - FOTOLAR

30 Avqust 2020
179
duenyanin-en-baha-satilan-qoyun-cinsi-fotolar

Dünyada qoyun ətinə təlabat getdikcə artır, alimlərin fikrincə bu təlabatı ödəməyin ən effektli yolu məhsuldar cinslərin seleksiya olunmasıdır. Şotlant alimləri çoxdan qollarını çırmalayaraq bu işə girişib və təsərrüfat əhəmiyyəti böyük olan cinslər əldə ediblər. Bu cinslərdən biri Şotlandiyanın məşhur qoyun cinsi olan Texel-dir. 
Ana vətəni Hollandiya olsada 19-cu əsrdə Texel adasındakı yerli qoyun cinsi olan Lincoln ve Leicester cinsləri ilə mələzləşdirilərək əldə olunub. Əsas xüsusiyyətləri bədən əzələ sisteminin inkişaf etməsi və ətinin az yağlı olmasıdır. Əkiz doğum səviyyəsi yüksəkdir, qüvvəli yemə təlabkar deyil. Yun verimi 3,5-4 kq-dır. Otarılma şəraiti üçün əvəzedilməz cinsdir. Digər cinslərlə müqayisədə az yeyir, amma tez çəki yığır. Gündəlik olaraq 250 qram çəki yığır. 
Son illər populyar cins olduğü üçün Hollandiya, Danimarka, Yeni Zelandiya, CAR və Avstraliyada saxlanılır.
Bədən ağırlığı: (12 həftəlik) 25 kq;
                         (24 həftəlik) 44 kq; 
Quzusunun çəkisi: 1,5-1,8 kq;
Diri çəkisi: erkəklər-100-130 kq;
                  dişilər: 65-90 kq
Bu yaxınlarda, Lanarka şəhərində «Texel Ram Double Diamond» ləqəbli cəmi 6 aylıq qoyunun satışı üzrə əsl mübarizə gedib və son nəticədə qiymətlər rekord həddə – 368 min funt sterlinqə yüksəlib. «Double Diamond»da əsl cins qoyuna xas olan bütün cəhətlər var. Yığılmış sinə, ideal baş və tutqun qızılı rəng. Təsadüfi deyil ki bu qoyunu almaq üçün məbləği təklikdə ödəyə bilməyəcəklərini görən 3 ferma hərraca birlikdə daxil olublar. Onlardan biri Ceff Eyken, hansı ki, qoyuna indiyədək  belə qiymət ödəməmişdi, bildirir ki, «Double Diamond»a hərracdan əvvəl bir neçə həftə müşahidə edib. Mütəxəssis bu qoyunun ideal əzələli gövdəsinə və genetik təmizliyinə heyrətini gizlətmir.
Qoyunun hərracda satışı ilə bağlı bundan əvvəlki rekord qiymət 2009-cu ildə qeydə alınmış 230 min funt sterlinq idi.Yeni alınan qoyun hər 3 fermaya məxsus olacaq. Onu ehtiyatla böyüdüb artıracaqlar, eləcə də süni mayalandırma üçün toxumunu götürəcəklər. 
"Aqrobiznes" 

CV YARAT