23 Noyabr 2020

Bu inək dünya rekordunu qırdı: 5 bala - VİDEO

7 Sentyabr 2020
86
bu-inek-duenya-rekordunu-qirdi-5-bala-video


Türkiyənin Aydın vilayətinin Quyucaq rayonunda Montbeliard irqindən olan inək bir doğumda beş bala verib. Üçü dişi, ikisi erkək olan buzovları doğuran inəyin sahibi Zeynel Ertopdur. Süni mayalandırmadan istifadə edilib. 
Deyilənə görə, beşüz balanın əldə olunması dünyada ilk hadisədir, bir doğumda üç və ya dörd bala verən inəklər çox olub. Lakin beş bala verən olmayıb. 
Montbeliard irqi – dünyada Holşteyn Friz cinsindən sonra ikinci məhsuldar populyasiya hesab olunur, bəzi mənbələrdə digər adı “Qırmızı-alaca”dır. İsveçrənin şimalını, Fransanın şərqini əhatə edən bölgələrdə yayılıb. Deyilənə görə, “Mennonite” təriqətinə inanan fermerlər bu irqə “Montbeliard" adını veriblər. 1980-ci ildən ayrıca irq kimi siyahıya düşüb. Fransada 671 min baş bu cinsdən olan inək var.
Montbeliard cinsli inəklərin rəngi qırmızı-ağ ləkələrdir, başı və bədəninin aşağı hissələri ağ rəngdədir. Buynuzları qısadır, hündürlüyü erkəklərdə 1,50 m, dişilərdə 1,44 m, ağırlığı 1.100 kq, dişilərdə 700 kq civarındadır. Laktasiya dövründə 7486 litr süd verir, südünün yağlılığı 3,9 faiz, protein dəyəri  3,45 faizdir. Kombinə irq sayılır, südlük olduğu qədər həm də ətlikdir. 
"Aqrobiznes"

CV YARAT