25 Yanvar 2021

Yonca toxumuna böyük ehtiyac var, 1 kiloqramının qiyməti 4-5 manatdır

9 Sentyabr 2020
186
yonca-toxumuna-boeyuek-ehtiyac-var-1-kiloqraminin-qiymeti-4-5-manatdir

Bölgələrdə yonca əkini sahələri genişləndirilir. Bu il təkcə Biləsuvarda yonca sahəsi 10 min hektara yaxın artırılıb. Bu baxımdan bir çox rayonda toxumçuluq təsərrüfatlarında toxumluq yonca istehsalına ciddi zərurət yaranıb.
Azərbaycanda əsasən əvəzsiz yem bitkisi olan yoncanın “AZNİXİ-5”, “262”, “Abşeron”, “Aran”, “Agstafa-1” sortları rayonlaşdırılıb. Mütəxəssislərin fikrincə, bu sortların yenilənməsinə ehtiyac var. Ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarında yonca toxumu istehsal olunsa da, tələbat tam ödənilmir. Mülkiyyətçilər tərəfindən keyfiyyətli toxumun əldə olunmasında çətinliklər yaşanır.


Yonca əkini ilə məşğul olan fermerlərdən biri Xudaverdi Mahmudovdur. O, 2 hektar sahədə yonca toxumu əkib. “Birinci biçindən sonra sahə toxumluq üçün saxlanılır. Birinci biçini apardıqdan sonra sahələri mineral gübrələrlə təmin etmişəm və bir dəfə də suvarma aparmışam. Hazırda toxumun döyülməsi ilə məşğuluq. Bu il yüksək məhsul alınacağına ümidimiz var. Yonca toxumunun qiymətinə gəldikdə, biz fermerləri qane edir. Qiymət ilbəil dəyişir. Toxumun 1 kiloqramının qiyməti 4-5 manat arasında dəyişir”, - deyə o bildirib.
Təcrübə göstərir ki, 2 illik yoncanın ikinci biçinini toxum məqsədilə saxladıqda yüksək keyfiyyətli toxum istehsal edilməsi üçün yaxşı şərait yaranır. Bitkinin paxlalarının 90-95 faizi qonurlaşanda biçin başlanır. Bitkiyə optimal müddətdə düzgün aqrotexniki qulluq göstərildikdə yoncanın hər hektarından 3-5, qabaqcıl təsərrüfatlarda isə 6-8 sentner məhsuldarlığa nail olunur.
"Azərtac"
 

CV YARAT