28 Yanvar 2021

Quşlarda nyukasl xəstəliyinə qarşı peyvəndlənmənın vaxtıdır - VİDEO

11 Sentyabr 2020
150
quslarda-nyukasl-xesteliyine-qarsi-peyvendlenmenin-vaxtidir-video

Fermerlər bəslədikləri quşların nyukasl xəstəliyinə qarşı peyvəndlənməsi üçün baytarlara müraciət etməlidirlər. Nyukasl profilaktikası, diaqnozu və müalicəsi dövlət tərəfindən maliyyələşdirilən xüsusi təhlükəli xəstəliklərdəndir. Bu xəstəlik quşçuluğa ən çox zərər verən infeksion xəstəliklərdən sayılır və hər il dövlət vəsaiti hesabına vaksinasiyası aparılır. Artıq ölkə üzrə 44 milyon başa yaxın quş peyvənd edilib, peyvəndlər “H” və “La-sota” ştammları ilə aparılır. 
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfatlarında saxlanılan heyvanlar, eləcə də quşlar arasında hər hansı narahatçılıq müşahidə edilərsə, rayon (şəhər) baytarlıq idarələrinə vaxtında müraciət etsinlər.
"Aqrobiznes"

CV YARAT