3 Dekabr 2020

Kartofun xeyirli tərəfləri

20 Sentyabr 2020
78
kartofun-xeyirli-terefleri

Həkimlər kartofu ən faydalı ərzaqlardan biri hesab edirlər. Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və mikroelement¬lərin zənginliyi səbəbindən onu “universal” adlandırırlar. Aparılan tədqiqatlar göstərir ki, kartof ürək-damar sisteminin sağlamlığına müsbət təsir edir.
Kartof B6 vitamininin mənbəyidir. Bu vitamin uşaqlarda beyinin inkişafını stimullaşdırır. Böyüklərdə kartofdan istifadə koqnitiv xüsusiyyətlərin azalma təsiri ilə bağlıdır. Kartofun tərkibindəki nişasta orqanizmə serotonin, melatonin, noradrenalin kimi yaxşı əhval-ruhiyyə və keyfiyyətli yuxu hormonlarının üzə çıxmasına kömək edir. Tərkibindəki stabil nişasta bağırsaqlarda faydalı bakterial floranın inkişafı üçün əlverişlidir. Alimlər bu nişastanın qanda şəkərin miqdarına daha yaxşı nəzarət edilməsinə şərait yaratdığını təsdiqləyirlər.
Kartofçuluq həm də iqtisadi cəhətdən daha çox gəlir gətirən sahələrdən biridir. 
"Aqrobiznes"

CV YARAT