23 Noyabr 2020

Fermerlər üçün xüsusi təyinatlı mikrokredit paketləri - VİDEO

6 Noyabr 2020
75
fermerler-uecuen-xuesusi-teyinatli-mikrokredit-paketleri-video

Aqrar Kredit və İnkişaf Agentliyi fermerlər üçün yeni mikrokredit paketləri hazırlayıb. Bu mikrokreditlər aqrotexniki qulluq, gübrə alışı, yem tədarükü və alışı üçün nəzərdə tutulub. Mikrokreditlər 15 min manatadək, 1 il müddətinə və 12 faizlə verilir.
1. Aqrotexniki qulluq və gübrə alışı üçün nəzərdə tutulan kreditlərin güzəşt müddəti 7 aydır və bu müddətdə fermer yalnız faizləri geri ödəyir. Məhsul yığımı zamanı kreditin əsas məbləğinin yarısı birdəfəlik ödəniş kimi edilir. Növbəti 5 ayda isə qalan məbləğ və faizlər bərabər hissələrə bölünməklə geri qaytarılır.
2. Heyvandarların yem tədarükü və yem alışı üçün nəzərdə tutulmuş mikrokreditlərin güzəşt müddəti 6 aydır. Güzəşt müddətində yalnız kredit faizlərini ödəyən heyvan sahibi 6 aydan sonra kreditin əsas məbləğinin yarısını geri qaytarır. Növbəti 6 ayda isə qalan məbləğ və faizləri bərabər hissələrlə ödəyir.
3. Aqrotexniki qulluq və gübrə mikrokreditlərini əldə etmək üçün fermerlərdən şəxsiyyəti təsdiq edən sənəd, EKTİS-də (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) qeydiyyat, torpaq sənədi və müvafiq təchizatçı ilə müqavilə tələb olunur. Yem krediti üçün müraciət edən heyvandardan şəxsiyyəti təsdiq edən sənəd, EKTİS-də qeydiyyat və yem təchizatçısı ilə müqavilə istəniləcək.
Yeni mikrokredit məhsullarından hər hansı birini əldə etmək üçün fermerlər AKİA-nın mikrokreditləşmədə ixtisaslaşmış müvəkkil kredit təşkilatlarından birinə (Access Bank, Unibank, Bank of Baku, Yelo Bank, Bank Respublika) müraciət edə bilərlər.
"Aqrobiznes"

CV YARAT