23 Noyabr 2020

Qurdbasar it cinsi: ermənilərin Qarabağdan oğurladıqları dəyər - VİDEO

16 Noyabr 2020
28
qurdbasar-it-cinsi-ermenilerin-qarabagdan-ogurladiqlari-deyer-video

Azərbaycanda qədim tarixə malik heyvandarlıq təsərrüfatı ənənlərindən biri də sürülərdə cins itlərin yetişdirilməsi idi. El dilində “qurdbasar”, “çoban iti”, “alabaş“, “qoyun iti” kimi adlarla tanınan bu itlərin sürünün idarə olunması, yırtıcılardan müdafiə olunmasında çox mühüm rolu vardı. 
Safqanlı sürü itləri canavar kimi qorxmazdır, düşmənlə sona qədər mübarizə apararaq qalib gəlir. Bu cinslərin yayılma arealı tarixən Qarabağ bölgəsi olduğu üçün 1993-cü ildə Qarabağın işğalı ilə bağlı olaraq bu qiymətli cinslər itirildi, bu cinslər də Qarabağda itirdiyimiz maddi-mənəvi dəyərlər sırasına qoşuldu. 
Ermənilər milli qurdbasar cinslərimizi regiondakı digər cinslərlə cütləşdirərək yeni bir cins əldə edərək dünyaya “Qampır” adı ilə təqdim edilər. Amma dünya bilmir ki, onun soyu Qarabağ qurdbasar cinsinə əsaslanır. 
2003-cü ildə İlham Qasımzadə Qafqaz İt Cinsləri İctimai Birliyini yaradaraq bu dəyəri qoruyub saxlamağa çalışır. Artıq arxeoloji tapıntılara, Qobustandakı qayaüstü rəsmlərə əsaslanaraq Azərbaycanın milli qurdbasar it cinsinin standartları hazırlanıb. 2008-ci ildə qəbul edilmiş bu standarta boyu, çəkisi, rəngi, digər xüsusiyyələri əksini tapıb. Milli qurdbasar cinslərimiz uzun, orta və qısa tüklü olub. Dağda, düzəndə yaşayanlar bir az fərqli olur. Soyuq bölgələrdə uzun tüklü olur, canavarla döyüşdə uzun tüklər müdafiə xarakteri daşıyır.  
İctimai Birlik tərəfindən damazlıq qurularaq yetişdirilən cinslər təmənnasız olaraq bölgələrdəki təsərrüfatlara paylanır. Paylanan itlərin ümumi reyestri aparılır. Damazlıq kitabı yaradılıb ki, gələcəkdə qan qohumluğuna imkan verilməyəcək. 
Sovet dövründə sürü itlərinin seleksiyası aparıldırdı ki, bu addım cırlaşmaya imkan vermirdi. O vaxt kolxozlardakı baş sayına görə itlər saxılanır, hər birinin günlük yem rasionu ayrılırdı. İttifaq dağılanda bu cinslərə sahib çıxan olmadı. 
"Aqrobiznes"

CV YARAT