24 Noyabr 2020

Ordumuz Ağdama girdi, növbəti erməni vəhşiliyi - VİDEO

20 Noyabr 2020
17
ordumuz-agdama-girdi-noevbeti-ermeni-vehsiliyi-video

Noyabrın 20-də Ağdama daxil olan Ordumuzun bölmələri ərazidə bir sıra tədbirlər həyata keçirib. Qoşunlarımızın bu istiqamətdə təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazilər gecə saatlarında minalardan təmizlənib, mühəndis-istehkam işləri başa çatdırılıb, hərəkət marşrutu üzrə yollar istifadəyə hazır vəziyyətə gətirilib. Hazırda bölmələrimizin şəxsi heyəti və zirehli texnikasının ərazidə dislokasiya olunması üçün zəruri tədbirlər icra olunur. İşğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni səsləndirilib və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə olunub. Ağdam şəhərindəki Cümə məscidi və ərazisi hərbçilərimiz tərəfindən təmizlənib, məsciddə azan oxunub və cümə namazı qılınıb.
1993-cü il iyulun 23-də mühüm coğrafi mövqedə yerləşən Ağdam rayonunun 125 yaşayış məntəqəsindən bir şəhər, 1 qəsəbə, 79 kəndi işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vandalizm həyata keçiriblər. Ermənilər Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binalar, məktəblər, uşaq bağçaları, xəstəxanalar, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Hər şeyi məhv edən erməni vandalları qəbiristanlıqları da dağıdıb, bahalı qəbir daşlarını aparıblar. Vaxtilə Azərbaycanın ən varlı rayonu olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş Qafqazın Xirosimasına çevrilmiş Ağdamın xarabalıqları qalıb.
"Aqrobiznes" 
 

CV YARAT