23 Noyabr 2020

Taxılda sürmə xəstəliyi nədir? -VİDEO

22 Noyabr 2020
5
taxilda-suerme-xesteliyi-nedir-video

Buğda və taxıl fəsiləsindən olan bitkilərdə tozsürmə xəstəliyi çiçəklənmə dövründə baş verir. Göbələklər yolu ilə yayılan bu xəstəlik külək, həşərat kimi vasitələrlə bitkinin çiçək yatağına düşür və xəstə dənlər əmələ gətirir.Bərk sürmə xəstəliyi toxumlar vasitəsilə yayılır. Taxıl biçini  vaxtı xəstə toxumlar dağılaraq sağlam toxumları da sirayətləndirir. Xəstə sünbüllər boz-qara rəngdə cılız olur. Xəstə toxumlar əkin sahəsinə düşdükdə göbələyin miselləri toxumla birgə cücərir və sahə xəstəliyə tutulur. Sahədə 100 sünbüldən 10-u xəstədirsə, məhsuldarlıqda 10 % itki olur. Bərk sürməyə iylənən sürmə də deyilir, balıq iyi verir və məhsulun keyfiyyəti də pisləşir. Sürmə xəstəliyi məhsuldarlığı 10-25 % aşağı salır.
"Aqrobiznes"

CV YARAT