21 Yanvar 2021

Müasir yemçilikdə mühüm bitki: reygrass - VİDEO

29 Noyabr 2020
115
mueasir-yemcilikde-muehuem-bitki-reygrass-video

Müasir yemçilikdə mühüm bitkilərdən biri olan reygrass italiyan otu və ya süd otu adı ilə məşhurdur, ilk dəfə İtaliyada mədəni əkinçiliyə daxil edilib. Əksər ölkələr bu bitki ilə yeni tanış olur, əhəmiyyətini görərək əkin sahəsini genişləndirir.  Yüksək enerji və protein dəyərinə sahib bitkidir. Reygrass sürətlə inkişaf edir, bir il içərisində bir neçə dəfə biçini aparılır, illik 400-500 mm yağıntı düşən bölgələrdə bitir, uzunboylu qaba yem bitkisidir. Heyvanlar üçün qida dəyəri yoncaya bərabərdir, bir illik bitkidir. 
Suvarma şəraitində gübrələr tətbiq olunarsa yüksək nəticələr verir. Toxumu səpiləndən 45-60 gün sonra ilk biçini aparılır. 30-40 gün sonra növbəti biçini aparmaq mümkündür. İdeal biçin vaxtı boyu 40-50 sm çatandadır. Reygrass bitkisi  həm yazlıq, həm də qışlıq olaraq əkilir. Yaşıl kütləsi bol olan reygrass inək, qoyun, keçi və atlara təzə-tər, qurudulmuş və ya silos şəklində verilir. 
Reygras bir hektara 5 kq toxum hesabı ilə, toxum dərinliyi 1,5-2 cm olmaqla səpilir. 32 dərəcəyə qədər temperatur olan bölgələrdə rahat bitir. Şaxtalara qarşı dözümlüdür, həzməgediciliyi asan olduğu üçün bir inək gündə 150 kq reygrass otu yeyir. Başqa heç bir otu bu miqdarda yeyə bilməz. Nəticədə, süd məhsuldarlığını dəfələrlə yüksəldir. Heyvanın qısa vaxtda çəkisini artırır, xarici görünüşündə parlaqlıq yaradır. Avstraliyada aparılmış təcrübələrə görə, anqus cinsli inəklərin reygras otu ilə bəslənilməsi nəticəsində heyvanlarda 12 ayda 500 kq çəki artımı əldə olunub. 
İribuynuzlu heyvanlar üçün biçilib hazır verilə bilər, xırdabuynuzlu heyvanlar isə otarılsa yaxşı olar. 
"Aqrobiznes"

CV YARAT