
Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il qərarı ilə kənd təsərrüfatında aqrar sığorta mexanizminin qaydaları təsdiq olunub və beləliklə bu sistemin icra olunmasına başlanıb. Verilişimizin qonağı Aqrar Sığorta Şirkəti İH-nin sədr müavini Elvin Əliyevdir.
Aqrar sığorta bu bitkiləri sığortalayır:
1. buğda; 8. naringi;
2. arpa; 9. çay;
3. qarğıdalı; 10. çəltik;
4. kartof; 11. tütün;
5. şəkər çuğunduru; 12. üzüm;
6. portağal; 13. fındıq;
7. limon; 14. Pambıq.
Aqrar sığorta bu heyvanları sığortalayır:
- 1-7 yaşlı südlük inək və camışlar
- Balıqlar
Fermerlər üçün əsas tələblər
- Əkin sahələri və heyvanlar EKTİS-də qeydiyyatdan keçməlidir;
- Heyvanlar birkalanmalı və peyvənd edilməlidir.
Aqrar sığorota heyvanları nədən qoruyur:
- Təbii fəlakət (zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; dolu;)
- Yanğın;
- Yoluxucu xəstəlik və zəhərlənmələr;
- İlan və ya həşərat sancmasından ölüm;
- Zəhərli ot və yemdən zəhərlənmədən ölüm;
- Kütləvi zəhərlənmədən ölüm;
- Vəhşi heyvanların hücumu
- Üçüncü şəxslərin hərəkətləri.
Aqrar sığorota bitkiləri nədən qoruyur:
- Təbii fəlakət (zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; dolu;)
- Yanğın;
- Bitki xəstəlikləri və zərərvericilər;
- Xüsusi təhlükəli ziyanvericilər;
- Üçüncü şəxslərin hərəkətləri.
Aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir, sahibkar öz payını hissə - hissə ödəyə bilər