21 Yanvar 2021

Bruselloz təhlükəlidirmi? - VİDEO

25 Dekabr 2020
68
bruselloz-tehluekelidirmi-video

Brusellalar suda 5 aya qədər, torpaqda 3 aya qədər, süddə 45 günə qədər, pendirdə 60 günə qədər, dondurulmuş ətdə 5 aydan çox saxlanılır. 1%-li fenol məhlulunda 15 dəq. müddətində məhv olur. Yüksək temperatura az davamlıdır, qaynadıldıqda tez bir zamanda, 600C-də 30 dəq. müddətində məhv olur. Pasterizasiya brusellaları məhv etdiyindən pasterizasiya edilmiş südün yoluxdurma təhlükəsi olmur. Brusellalar miqrasiya etmək, yəni təbii sahiblərin birindən digərinə ötürülmə qabiliyyətinə malikdir. Məsələn, B.abortus xırda buynuzlu heyvanlarda da xəstəlik törədə bilər. Erkək heyvanlarda xəstəlik xayaların iltihabı - orxit, dişilərdə isə balasalma – abort ilə müşayiət olunur. Bundan əlavə xəstə heyvanlarda oynaqların zədələnməsi, arıqlama, tüklərin tökülməsi və s. əlamətlər müşahidə edilir. Bruselloz heyvanlarda gizli gedişə malik ola bilər ki, bu da infeksiyanın yayılmasına səbəb olur.
"Baytara sual ver" verilişinin qonağı baytar, infeksionist Əbülfət Alıyevdir.
“Aqrobiznes” 
 

CV YARAT