21 Yanvar 2021

Yapon qara mal cinsi - VİDEO

2 Yanvar 2021
80
yapon-qara-mal-cinsi-video

Yaponiyanın Vagyu (Wagyu) inək cinsi dünyada ən baha satılan cinsdir. Yaponiyanın 4 əsas cinsindən biri olan Vaqyu cinsini damazlıq məqsədi ilə ölkədən kənara çıxarılması, satılması qəti qadagandır. Yalnız embriyon texnologiyasından istifadə etməklə bəzi ölkələrdə yayılıb. Yaponlar bu cinsin embrionunu dünya ölkələrinə satırlar. Embrionlar yalnız anqus cinsinin dişilərinə yeridilərək mələz əldə olunur.  
Vaqyu cinsi dünyada ən bahalı satılan qırmızı ət çeşidlərindən biridir-ətin kiloqramı 1000 dollardır. Bu qiyməti şərtləndirən əsas amil ətinin yüksək keyfiyyətli olmasıdır. Əti yağlı olmasına baxmayaraq, yağda olan doymamış yağ turşularına nisbətən doymuş yağ turşularının miqdarının az olması insan sağlamlığı üçün çox faydalıdır. Vagyu ətində olan yağ digər ətlərə nisbətən daha tez əriməsi ilə fərqlənir. Qiymətli oldugu üçün xarici ölkələrdə kiçik hissələrdə dilimlərə bölünərək yeməklərin yanında delokates formasında yüksək qiymətə təklif olunur.  
Bu cins hazırda ən çox Yaponiyadan sonra Avstraliyada, Amerika Birləşmiş Ştatlarında, Kanada və İngiltərədə bəslənirək digər ölkələrə ixrac olunur. Bu cinsin yem rasionlarına qüvvəli yemlər daxıldır, hətta fermalarda qaba yemlə yanaşı qarışıq taxıl yemləri, Avstraliyada isə yemlərə qırmızı şərabda qatırlar. 
Vaqyu cinsi saxlayan heyvandarlar onun bəslənmə xərclərinin baha  başa gəldiyini deyirlər. Vaqyu cinsinin bir günlük bəslənmə xərcləri Azərbaycan manatı ilə 11 manat dəyərindədir. Üstəgəl, kəsim üçün orta səviyyədə bəsənmə müddəti 30 aydır.   
Öz milli inək cinsləri olmayan Azərbaycanda da bu cinsə böyük maraq var. Artıq Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun təcrübə təsərrüfatına Vagyu cinsli  yapon qara mal cinsi gətirilib. Elmi-tədqiqat məqsədi ilə gətirilmiş cinsdən artıq ilk balalar da əldə olunub. Cinsin boğazlıq dövrü 290 gündür. Cinsin yetişdirilmə müddəti 20 – 30 aydır. Rəngi qaradır, buynuzsuz və buynuzlu olur. Yüksək döl vermə xüsusiyyətlərinə malikdir.
"Aqrobiznes" 

CV YARAT