21 Yanvar 2021

Quru budama - VİDEO

5 Yanvar 2021
59
quru-budama-video

Bağlarda mövsümi quru budama vaxtıdır. Budama bitki inkişafı və formalaşmasında müsbət dəyişiklik əldə etmək üçün tətbiq olunur: Ağacların və ya kolların artımını, eləcə də meyvə məhsuldarlığını balanslaşdırır, zərərvericiləri və xəstəliklərə qarşı müqaviməti artırır.
1.Forma verən budama - gənc ağacların formalaşması prosesinə təkan üçündür. Bu proses yalnız əkindən sonrakı ilk 5 ili əhatə edir. Əsas məqsədi meyvənin ağırlığını daşıyacaq balanslı forma və möhkəm bir quruluş yaratmaqdır. Dəqiq forma, eləcə də hündürlük və budamanın baş tutma zamanları, növün, müxtəlifliyi və yerli becərmə şərtlərinə görə dəyişir.
2.Sabit budama - Sabit iqlim şəraiti olan ərazilərdə qışlıq budama kimi də tanınır. Əkin növündən asılı olaraq, hər vegetasiya dövründə, tumurcuqlanma mərhələsində tətbiq olunur. Bu növ budama bitki ölçülərinin nizamlanması, xəstə və zəif budaqların ləğv olunması və yeni inkişafa şərait yaradılması üçün vacibdir.
3.Yaşıl budama – Sabit budamadan fərqli olaraq yay budaması yalnız ağacın və ya kolun ölçüsünə təsir edir. Bu növ budama əsasən bitkinin normadan çox böyüməsinin qarşısını alır, hava axınını, işıqlanmanı yaxşılaşdırır, xəstəlik və zərərvericilərlə mübarizəni gücləndirir.
4.Canlandırıcı budama - bəzən bitki baxımsız və görünüşsüz vəziyyətə düşdükdə tətbiq olunur. Bu tip yeniləmə işləri adətən vegetasiya dövrünün əvvəllərində baş tutur. Məsləhətdir ki, 25%-dən artıq bitki hissələri kəsilməsin (bitki çətirinin yeri örtmə dərəcəsi azalmasın).
Ağacların budanması mart ayına kimi başa çatdırılmalıdır.
Alma ağaclarının ən yaxşı budanma vaxtı payızda yarpaqlar töküləndən erkən yazda tumurcuqların şişməsinin başlanğıcınadək keçən dövrü əhatə edir. Məhsuldar alma ağacları cavan ağaclara nisbətən daha tez budanmalıdır. Sanitar budamalar payızda, ucvurma, cavanlaşdırıcı və dərin budamalar isə qışın sonunda aparılmalıdır.
"Aqrobiznes"
 

CV YARAT