21 Yanvar 2021

Cins mal-qara almaq üçün şərtlər - VİDEO

12 Yanvar 2021
69
cins-mal-qara-almaq-uecuen-sertler-video

Dövlət tərəfindən müxtəlif iri və kiçik təsərrüfatlara damazlıq heyvanların alınmasına 60% maliyyə dəstəyi verilir və bu dəstək ölkədə damazlıq heyvanların sayının artırılması və cins tərkibinin yaxşılaşdırılmasına, habelə yerli şərtlərdə yetişdirilmiş damazlıq heyvanların sayının artımına, eləcə də məşğulluğun artırılması məqsədilə kiçik fermerlər üçün bu növ heyvanların əldə olunmasının əlçatanlığının təmin olunmasına xidmət edir.
Bəs, fermer damazlıq inək, qoyun, keçi almaq üçün hansı qapılardan keçməlidir? Birinci addım kimi dövlət güzəşti ilə damazlıq heyvan almaq istəyən sahibkar və fermerlər əvvəlcə ölkəyə heyvan gətirən təchizatçı şirkətlərə müraciət edərək heyvanları sifariş verir, alacağı heyvanlar haqda razılığa gəlirlər. Bu zaman damazlıq heyvanın sağlamlıq sənədi, heyvanın qiymətləndirilməsi haqda akt tələb olunmalıdır, heyvanın sığortasını etdirilməli, heyvanın qiymətinin minimum 25%-ni ilkin ödəniş kimi ödənilməlidirlər. Fermer istənilən heyvan cinsini istədiyi təchizatçı şirkətdən almaqda sərbəstdir
"Aqrobiznes" 

CV YARAT