4 Avqust 2021

Trüfel göbələyindən pul qazanmaq olarmı? - VİDEO

4 Fevral 2021
467
truefel-goebeleyinden-pul-qazanmaq-olarmi-video

Gəlin onu daha yaxından tanıyaq. Nə kökü var, nə toxumu, yerin altında yetişir, göbələkkimilər fəsiləsinə aiddir. Törədicisi bakteriya sayılır. Azərbaycanda, Türkiyədə “dombalan”, Fransada “Truffe”, İtalyada “Tartufi”, İspanyada “Trufa”, İngiltərədə “Truffle” adları ilə tanınır.  Yerin 20 sm dərinliyində bitən bu göbələk meşə ərazilərində,  fındıq, şam, şabalıd, ihlamur kimi ağaçların dibində yayılır, ağac köklərinə yaxın yerlərdə yetişmə səbəbi isə ağac köklərini əmərək oradan şəkər və başqa bir çox turşu və lazımi maddələri çəkməsidir. 
Tərkibindəki vitaminlərə, qidalılıq dəyərinə görə göbələyin qiyməti  çox bahadır. Dünyanın lüks restoranlarının menyüsünə daxil edilmiş göbələyin kiloqramı 200-3500 avro arasında dəyişir. Qara kürüdən sonra dünyada ən bahalı qida sayılır. Fransız və italyan mətbəxində lider mövqe tutan göbələk bütün yeməklərin hazırlanmasında istifadə olunur, xüsusi dad verir. Restoranlarda göbələkdən hazırlanmış yeməyin porsiyonu 100 avro təşkil edir, bu cür yeməklərə “Krallar yeməyi” adı verilib. İnsan sağlamlığına faydaları:  tərkibindəki protein, mineral maddə  miqdarı baxımından digər  göbələkləri qabaqlayır, 76 % su, 9 % protein,  7 % karbohidrat və 8 % minerallardan ibarətdir. Peyğəmbərimiz Məhəmməd (s.ə.v) göbələyi şəfa mənbəyi adlandırmış, İbn Sîna fiziki zəiflik, ağrı və yaraların sağaldılması üçün tövsiyyə etmişdir.
Kosmetika sənayesində də böyük təlabat olan göbələyin illik dövriyyəsi 6 milyard dollardır, ildən-ilə istehsal həcmi aşağı düşdüyü üçün qiyməti getdikcə bahalaşır. Bu gün dünyada cəmi 100 ton bu göbələkdən istehsal olunur, həcminin azalması meşə ərazilərinin yoxa çıxması ilə izah olunur.  
Dünyada göbələyin 70 növü bilinir, lakin “qara almaz” adını almış növünə daha böyük təlabat var. Fransada açıq sahədə artırılaraq kütləvi satışı həyata keçirilir. Türkiyədə də artırılması ilə bağlı elmi araşdırmalar aparılır. 
"Aqrobiznes" 

CV YARAT