9 May 2021

Heyvanlarda fenotip və genotip göstəricilər - VİDEO

15 Aprel 2021
90
heyvanlarda-fenotip-ve-genotip-goestericiler-video

Heyvanlarda fenotip–orqanizmin  müşahidələr  və  müayinələr  zamanı  əldə  edilən  bütün əlamət və xassələrinin təsirindən formalaşır. Məsələn, fenotipi buynuzlu və qulaqsız, qara  və ağ, iri yaxud kiçik gövdəli və s. sözləri ilə ifadə etmək olar. 
Genotip–orqanizmin xüsusi reaksiya forması olmaqla əsasən 2 xüsusiyyəti-müxtəlif  genlərdən  ibarət  olub  müəyyən  əlamətin  inkişafına  təsir  göstərməsi və  genlərin  qarşılıqlı  təsiri  nəticəsində  fərdi  inkişaf  zamanı  gedən  prosesləri tənzimləməsi  ilə  səciyyələnir.  Heyvandarlıqda  və  quşçuluqda  çarpazlaşdırma işləri  aparılarkən  fərdlər,  bir  qayda  olaraq,  genotipinə  və  fenotipinə  görə qiymətləndirilir. Kənd  təsərrüfatı  heyvanlarında  mövcud  olan  bəzi  əlamətlər  (rəng, buynuzun,  qulağın  olması,  qan  qrupları,  zülalların  biokimyəvi  polimorfizmi  və s.)  yalnız  genotiplə  idarə  olunur  və  tənzimlənir.  Bəzi  təsərrüfat  əhəmiyyətli kəmiyyət-miqdar əlamətlərin (canlı kütlə, ət çıxarı, sağım, süddə yağ, kazein və  laktozanın  faizi  və  s.)  isə  formalaşmasına  və  inkişafına  xarici  mühit  amilləri, yemlənmə  və  saxlanma  şəraiti  çox  böyük  təsir  göstərir.  Qeyri  –  rasional yemləmə  və  bəsləmə  şəraiti  yüksək  məhsuldar  heyvanların  məhsuldarlığını azaldır,  nəticədə  sürüdə  seleksiya  olunan  əlamətlərin  fenotipik  müxtəlifliyi  və fərqliliyi müşahidə olunur. Əlverişsiz mühit,  xüsusilə pis yemləmə və saxlanma şəraiti  zamanı  yüksək  məhsuldar  genotipli  heyvanlar  məhsuldarlıq  əlamətlərini gələcək  nəslə  ötürə  bilmir,  az  məhsuldar  fərdlər  alınır,  beləliklə  də  genotipik disbalans  yaranır.  Göründüyü  kimi,  heyvanlar  arasında  mövcud  olan  genetik fərqlər  xarici  mühitin  təsirindən  genotipə  pis  və  yaxşı  olan  fərdlərin məhsuldarlığı  proporsional  xarakter  alır.  Buna  görə  də  genotipcə  daha  yüksək məhsuldar heyvanların seçilməsi, yalnız rasional və səmərəli yemləmə şəraitində aparılmalıdır.  
Dövlət Aqrar Universitetinin professoru Suliddin Abbasov yardımçı təsərrüfatda aparılmış cinslərarası çarpazlaşma tədbirləri haqda tələblərə açıq dərs keçib. 
"Aqrobiznes"

CV YARAT